>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Erməni jurnalistdən sensassion məqalə: “PKK-nın mənzil qərərgahı Ermənistanda olacaq”

Erməni jurnalistdən sensassion məqalə: “PKK-nın mənzil qərərgahı Ermənistanda olacaq”
“Kürdləri bizim ölkəmizə buraxmaqla Rusiya Ermənistan ərazisini Türkiyə əlehinə meydana çevirmək istəyir. Bu bizə lazımdırmı?”

Teref.info-nun məlumatına görə bu barədə erməni jurnalsit Samvel Oqanesyan özünün “Ermənistan ərazisində kürd üsyançılar lazmdırmı?” adlı məqaləsində yazıb.

Jurnalist qeyd edib ki, Türkiyə ordusunun hücümlarından qaçaraq Ermənistan sərhədlərinə yığışan Kürd üsyançılarına bir müddət əvvəl sərhədlərmizi qorumağı etibar etdiyimiz Rus hərbiçiləri “ürək yanğısı” ilə Ermənista keçməyə kömək edirlər. Maraqlı alınır. Onlar bizdən heç soruşmurlar da biz geniş balaq şalvar geyininən bu yoldaşları qəbul edirik, ya yox. Rusiya bizim əvəzimizdən seçim edir, ölkəmizdə kim yaşamalıdır, kim yox.

“Hazırda Rusiya ilə Türkiyə arasında isti münasibətlər var. Ancaq Rusiya gələcəkdə özünü sığortalamaq üçün Ermənistan ərazisində PKK terrorçularının mənzil qərərgahını yaratmaqla, Türkiyəyə təsir imkanlarını saxlamaq istəyir”-Deyə jurnalist vurğulayıb. /News12