>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Rusiyadan xəbərdarlıq: ABŞ-la yaxınlaşsanız...

Rusiyadan xəbərdarlıq: ABŞ-la yaxınlaşsanız...
Rusiya ABŞ-ın Avropada hərbi mövcudluğunu gücləndirməsinə silahlanma yarışı ilə cavab verməyəcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının Dövlət Suverenliyinin Müdafiə Komissiyasının rəhbəri Andrey Klimov söyləyib. Onun sözlərinə görə, Moskva öz ərazisində ABŞ-ın hərbi mövcudluğunun artmasına yardım edən ölkələrlə münasibətlərində korrektələr edəcək.

O, bu ölkələr siyahısına təkcə Şərqi Avropa dövlətlərinin deyil, həm də Cənub-şərqi Asiya ölkələrinin də düşə biləcəyini vurğulayıb.