>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Peskov kürdlərin xəyanət ittihamlarına reaksiya verdi

Peskov kürdlərin xəyanət ittihamlarına reaksiya verdi
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Suriyanın şimal-qərbindəki kürdlərin Moskvanı xəyanətdə ittiham etməsinə münasibət bildirmək istəməyib. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə "İnterfaks" xəbər verir.

"Türkiyənin Afrində apardığı əməliyyatlarla bağlı dünənki çıxışıma heç bir əlavəm yoxdur",-deyə jurnalistin sualına cavab verərkən Peskov vurğulayıb.

Buna qədər prezidentin mətbuat katibi qeyd etmişdi ki, Moskva Afrində baş verənləri diqqətlə izləyir.

Nəzərinizə çatdıraq ki, Suriyada PYD/PKK terror şəbəkəsinin baş komandanı Sipan Hemo Rusiyanı kürdlərə xəyanətdə suçlamışdı. O bildirmişdi ki, Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi əməliyyatlar zamanı rəsmi Moskva kürdləri müdafiə etməyib.