>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Azərbaycanlı akademik erməni deputatı ifşa etdi

Azərbaycanlı akademik erməni deputatı ifşa etdi
“Azərbaycanlı alim Metsamor atom elektrik stansiyasının seysmik müqavimətini yoxlamaq üçün 9 bal gücündə zəlzələ təşkil etməyi təklif edir”.

Bunu AŞPA-nın sessiyasında erməni deputat Naira Zohrabyan deyib. O çıxışı zamanı təklifi irəli sürən alimin Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov olduğunu bildirib.

Bununla bağlı Adil Qəribov Modern.az-a açıqlama verib. Akademik bu məsələ ilə bağlı elə bir şey demədiyini bildirib:

“Sadəcə 9 bal gücündə zəlzələ olduğu halda dözüb-dözməmək məsələsinin şübhə altında olduğunu bildirmişəm. Mən heç zəlzələ edən də deyiləm, o sözü də o mənada deməmişəm. Onlar öz reaktorlarının zəlzələyə davamlılıq məsələsini müzakirə etsinlər. Normal iş rejimində reaktor işləyir. Amma təbii kataklizm zamanı özünü necə aparacağı şübhə altındadır. Çünki 1980-ci ildə istifadəyə verilmiş reaktorun artıq 37 yaşı var. Qoy bunun dərdini çəksinlər”.

A.Qəribov qeyd edib ki, Naira Zohrabyanın dedikləri Ermənistanın o növbəti hücumudur, lakin boş şeydir.

“Mən nə Allah deyiləm, nə də elə hərbi qüdrətimiz yoxdur ki, orada zəlzələ yaradaq. Fakt odur ki, bu reaktor qocalıb və bütün göstəricilərinin normal işlədiyi bildirilsə də, 9 bal gücündə zəlzələ olacağı halda qəza olacaq”.