>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

ABŞ-ın XƏSTƏ prezidentləri - FOTOLAR

ABŞ-ın XƏSTƏ prezidentləri - FOTOLAR
Donald Tramp Amerikanın prezidenti seçildikdən sonra ilk dəfə sağlamlıq analizindən keçiriləcək.

Publika.az xəbər verir ki, Amerikanın ən yaşlı prezidenti olan Donald Tramp fiziki sağlamlıq analizindən keçirilsə də, psixoloji durumuna baxılmayacaq.

Ümumiyyətlə, bu günə qədər Amerikada seçilən bütün prezidentlərin sağlamlıq vəziyyətləri müzakirə mövzusu olub. Onlardan bəziləri isə illərlə gündəmdən düşməyib.

Franklin Ruzvelt
ABŞ-ın XƏSTƏ prezidentləri - FOTOLAR
Keçmişdə Amerika liderlərinin fiziki çatışmazlıqlarının yanlış təsbit edildiyi və gizlədildiyi dövrlər çox olub. Onlardan biri uşaq iflici keçirib böyük çətinliklər yaşayan Franklin Ruzvelt olub. 4 dəfə prezident seçilən Ruzvelt gündəlik həyatda əlil arabasından istifadə etsə də, ictimaiyyət qarşısına heç vaxt o şəkildə çıxmayıb. 39 yaşından sonra kömək olmadan hərəkət edə bilməyib. Onun vəziyyətindən üz-üzə görüşdüyü prezidentlər də xəbərdar olub.

Ronald Reyqan
ABŞ-ın XƏSTƏ prezidentləri - FOTOLAR
Trampdan öncə “ən yaşlı prezident” statusunun sahibi Ronald Reyqan olub. 69 yaşında prezident olan Reyqanın ailəsində Alzheimer xəstəliyi olub. Onun da prezident postundan ayrıldıqdan 6 il sonra bu xəstəliyə tutulduğu açıqlanıb.

Qrover Klivland
ABŞ-ın XƏSTƏ prezidentləri - FOTOLAR
1893-cü ildə xərçəng xəstəliyinə tutulub və ağız nayihəsində olan şişin götürülməsi üçün əməliyyata girib. Onu əməliyyat edən cərrah komandası hadisənin gizli qalması üçün əməliyyatı prezidentin ailə dostunun yaxtasında təşkil edib. Bu əməliyyat 25 il ictimaiyyətdən gizli saxlanılıb.


Con Kennedi
ABŞ-ın XƏSTƏ prezidentləri - FOTOLAR
ABŞ-ın ən cavan prezidentlərindən olan Kennedi sağlam və formada olan bir lider imici yaradıb. Ancaq Ağ Evin qapısından daxil olandan sonra hipotiroidiya, bel ağrıları, addison kimi xəstəliklərin sancısını çəkib. Ağrıları o qədər şiddətli olub ki, həkimi Makx Yakobson Ağ Evin bir sakininə çevrilib.

Bundan başqa, Amerikanın 37 prezidentinin 18-də psixoloji problemlər olub.

Amerika ictimaiyyətinin dilindən düşməyən daha bir sənəd var ki, bu da 2006-cı ildə yazılıb. Bu sənəddə Amerikanın 37 prezidentinin 18-də psixoloji problemlər olduğu yazılıb. Çoxunun narahatlıqları depressiyayla bağlı olub. Sənəddə qeyd edilib ki, 18 prezidentdən 10-u əslində psixoloji xəstəliklərinə görə dövlət qulluqçusu ola biməzmiş.