>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

ATƏT-ə üzv ölkələrin XİN rəhbərlərinin sammitində Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq

ATƏT-ə üzv ölkələrin XİN rəhbərlərinin sammitində Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq
Bu gün ATƏT-ə üzv olan 40-dan çox ölkənin xarici işlər naziri Vyanada qurumun XİN Şurasının illik iclasında bir araya gələcək.
“Report” xəbər verir ki, görüşdə hərbi münaqişələrin nizamlanması, terrorçuluqla mübarizə, silahlanmaya nəzarət müzakirə olunacaq, həmçinin Avstriyanın 2017-ci ildə təşkilatda sədrliyinə yekun vurulacaq və sədrlik 1 yanvar 2018-ci il tarixindən İtaliyaya keçəcək.
İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edəcək.
Dekabr 7-8-də ATƏT-in baş qərargahında keçiriləcək sammitdə Dağlıq Qarabağ və Dnestryanı, həmçinin Ukrayna münaqişələrinin nizamlanması məsələləri də diqqət mərkəzində olacaq.