>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Peskov: "Putin və Ərdoğan arasında müzakirələrin detalları açıqlana bilməz"

Peskov: "Putin və Ərdoğan arasında müzakirələrin detalları açıqlana bilməz"
Yüksək səviyyəli görüş zamanı mürəkkəb mövzulara toxunulub ki, onların detalları açıqlana bilməz.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bəyan edib.

ABŞ və Rusiya qoşunlarının Suriyadan çıxarılması ilə bağlı sualı cavablandıran Peskov deyib: “Danışıqlarda daha mürəkkəb mövzular var idi ki, təbii ki, onların detalları açıqlana bilməz”.

Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rusiya və ABŞ-ı Suriyadan qoşunlarını çıxarmağa çağırıb.