>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Azərbaycanlı politoloq Abbas Abbasovun oğluna sərt cavab verdi

Azərbaycanlı politoloq Abbas Abbasovun oğluna sərt cavab verdi
Teref.info yazır ki, Azərbaycan mediasında Abbas Abbasovla Telman ismayılovun əlaqələri ilə bağlı yazılara cavab olaraq Abbas Abbasovun oğlu keçmiş deputat Aydın Abbasov medianı qınayaraq bəzi iddialar səsləndirmişdi. Politoloq Elxan Şahinolu Aydın Abbasova sərt cavab verib. !
"Müflisləşən və qətldə təqsirili bilinərək axtarışa verilənTelman İsmayılov barədə Azərbaycan baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun oğlu, keçmiş millət vəkili Aydın Abbasovun cavabına mat aldım. “Telman İsmayılov can dostumdur, qardaşımdır, onunla əlaqələrimiz dünən də olub, bu gün də var” deyən Aydın Abbasov faktiki bu cavabıyla can dostunun harada gizləndiyini bildiyini etiraf etmiş olub. Görəsən bunu bilə-bilə Abbas və Aydın Abbasovlar Rusyanın müxtəlif bölgələrində necə rahat bizneslərini davam etdirirlər? Başqa suallar da var.
Azərbaycanlı politoloq Abbas Abbasovun oğluna sərt cavab verdi
Deyir ki, Rusiya mətbuatında Telman İsmayılovun əleyhinə yazılan materialları Azərbaycan mətbuatı niyə geniş işıqlandırır? Ardınca “bunun səbəbi nədir” sualını səsləndirir. Səbəbi çox sadədir. Rusiyada azərbaycanlı milyarder müflis olub, Putinin şəxsi düşməninə çevrilib və hələ üstəlik müxtəlif qətllərdə ittiham olunur. Azərbaycan mətbuatı olmasın Qərb mətbuatı olsun, bunu media yazmayacaqmı? Daha sonra Aydın Abbasov Azərbaycan mətbuatında atası haqqında yazılanlara etiraz edir. Oğlunun atasını müdafiə etməsi təbiidir. Ancaq Azərbaycan mətbuatının bu sualları səsləndirməsi təbii haqqıdır: Oğlunun iddia etdiyi kimi Abbas Abbasov dövlət xadimidirsə, olmazmı həmin dövlət xadimi biznesini Azərbaycanda genişləndirsin, dövlət xadimi illərində formalaşdırdığı maliyyəni vətəninin inkişafı üçün yönətlsin? Bura gələ bilmirsə bu başqa məsələdir, bunun da aydınlaşdırılmasına ehtiyac var. Niyə gələ bilmir - bu da bizim Aydın Abbasova ünvanladığımız sual olsun.
Aydın Abbasov da Azərbaycan mətbuatına sual ünvanlandırır: Abbas Abbasovla Telman İsmayılovun münasibətlərindən başqalarına nə var axı?! Necə yəni “nə var axı?” Azərbaycan mediası bilmək istəyir ki, oğlunun atası haqqında dediyi kimi dövlət xadiminin qətldə şübhəli bilinən oliqarxla əlaqələrinin kökündə nə dayanır? Aydın Abbasovun sonrakı sualı lap maraqlıdır: Hardadır Telman İsmayılovun hörmət etdiyi insanlar, xərclədiyi milyonlar?! Sanki Aydın Abbasov demək istəyir ki, burnunuzdan gəlsin Telman İsmayılovun Sizə xərclədiyi pullar. Neyləsinlər, qətldə ittiham olunan şəxsi müdafiə etməkdən çəkinirlər.
Azərbaycanda prezident seçkisi yaxınlaşdıqca Abbasovlar haqqında hələ çox eşidəcəyik."
Elxan Şahinoğlu

Teref.info qarşı tərəfin avab haqqını tanıyır!
Teref.info