>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Tillerson Səudiyyə Ərəbistanı və İraqı İrana qarşı birləşməyə çağırıb

Tillerson Səudiyyə Ərəbistanı və İraqı İrana qarşı birləşməyə çağırıb
ABŞ-ın dövlət katibi Reks Tillerson Səudiyyə Ərəbistanı və İraq hökumətlərini İranın "artan inadı"nın qarşısını almaq üçün səylərini birləşdirməyə çağırıb, həmçinin digər ölkələrin Tehranla ticarət əlaqələrini kəsməsinin vacibliyini qeyd edib.
“Report” CBS telekanalına istinadən xəbər verir ki, bunu o, Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr ilə görüşü zamanı deyib.
"Biz əminik ki, bu, İranın İraq daxilindəki təsirinin qarşısını müəyyən dərəcədə almağa imkan verəcək", — deyə Tillerson bildirib.
O, həmçinin İran hakimiyyətini könüllülərini İraq ərazisindən çıxarmağa çağırıb.