>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Rusiya NATO ilə sazişi poza bilər – Klintseviç

Rusiya NATO ilə sazişi poza bilər – Klintseviç
ABŞ-ın Polşa və Baltikyanı ölkələrində hərbi mövcudluğunu gücləndirməsinə cavab olaraq NATO-Rusiya əsas aktını tərk etməyimiz istisna deyil.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının üzvü Frants Klintseviç danışıb. Klintseviçin sözlərinə görə, belə bir qərarı yalnız ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putin verə bilər.

“Aydın məsələdir ki, ABŞ Rusiyanın aktı tərk etməsi üçün əlindən gələni edir”, - Klintseviç bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Rusiyanın Müdafiə Nazirliyi ABŞ-ın Baltikyanı ərazilərdə hərbi potensialını artırmaq məqsədi ilə bölgədə yeni bir diviziya yerləşdirdiyini açıqlamışdı.