>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

21 yaşında iki dəfə ərə gedən qızın dəhşətli etirafları - AZƏRBAYCANDA ŞOK AİLƏ DRAMI

21 yaşında iki dəfə ərə gedən qızın dəhşətli etirafları - AZƏRBAYCANDA ŞOK AİLƏ DRAMI
Ötən gün Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişinə üz tutan 21 yaşlı qızın həyat hekayəsi hər kəsi dəhşətə gətirib.

Dia.az goldnews.az-a istinadən xəbər verir ki, gənc qız 18 yaşında qoşulub qaçdığını, lakin 2 ildən sonra ayrıldıqlarını bildirib.

"18 yaşımda sevdiyim insana qoşulub qaçdım. 2 il birlikdə yaşadıq. Bir gün dalaşmışdıq, anam gilə gəldim. Onlar məni zorla 37 yaşlı bir kişiyə ərə verdilər. O insan 3 dəfə həbsxana həyatı yaşamışdı. Narkotik maddə aludəçisi idi. Məni döyür, lezva ilə kəsirdi. Valideynlərimin üstünə gələndə isə məni geriyə qaytarırlar, mənə sahib çıxmırlar. Mən validenlərimdən imtina etmək istəyirəm".