>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

"600-700 manat maaş alsam, uşaqların hamısını başdan ayağa geyindirərəm, yedirdərəm də" — UŞAQLARI DÖYDÜYÜ DEYİLƏN MÜƏLLİMƏ

"600-700 manat maaş alsam, uşaqların hamısını başdan ayağa geyindirərəm, yedirdərəm də" — UŞAQLARI DÖYDÜYÜ DEYİLƏN MÜƏLLİMƏ
Sumqayıt şəhəri 5 saylı orta məktəbin ibtidai sinif (birinci sinif) müəllimi Mətanət Cəbrayılova "Ölkə.Az"-ın suallarını cavablandırıb.

Qeyd edək ki, bu gün 1 b sinfinin şagirdi Ayan İsgəndərlinin valideyni Nərmin İsgəndərli M.Cəbrayılovanın uşaqları döyməsi, fondpulu yığması və digər iddialarla redaksiyamıza müraciət etmişdi.


- Mətanət xanım, yəqin ki, haqqınızda irəli sürülən iddialarla tanışsınız...

- Otuz ilin müəlliməsiyəm. Otuz ildə uşaqlara zəhmətimi, hətta canımı vermişəm. Bunu bütün məktəb kollektivi bilir. İndi belə şikayət edirlər. Təzə gələn valideynlər kurikilium sistemini qəbul edə bilmirlər.

- Siz uşaqları vurursunuzmu?

- Yox e, indiki uşaqları bilmirsiz. Bir az səsimi qaldıran kimi evdə deyirlər. Özü də təzə gəliblər. Mən onları heç vuraram?

- Bir müddət sonra döyürsünüzmü uşaqları?

- Yox, Allah eləməsin. Mən elə vuran müəllim deyiləm. Özümün də övladım var. Niyə uşaqları vurmalıyam? Biz əzizləyirik, oxutdururuq.

- Valideynlər bildirirlər ki, onlarda görüntü var...

- Oooy, sən fikir ver ha. İnanın ki, məndə elə şey olmayıb. Vallah olmayıb. And içməyi sevmirəm. Mən heç təzə gələn uşağı vuraram? Əgər mən deyən şeyləri oxuyub-yazırlarsa, niyə vurum?

- Siz deyənləri oxuyub-yazmasalar vurarsınız? Çox qəribə danışırsınız...

- O nə sözdür? Uşağı vurarlar?

- Valideynlər deyir ki, saç bandlarını siz satırsınız...

- Band zad o könüllü elə olub.

- Necə olub?

- Valideynlər təşkil ediblər ki, belə band olsun. Mən də demişəm ki, olur olsun da.

- Bəs bandı valideynlərə kim satıb?

- Banddır, düzəldiblər, gətirib veriblər də. Bir valideyn var. Tikir, gətirir satır da. İstəmişik ki, qızlarımız gözəl görünsünlər.

- Neçəyə satılır?

- Üç manata.

- Valideyn satırsa, siz qiyməti haradan bilirsiz?

- Köhnə valideyn satır. Qəşəng görünsün deyə, mən də deyirəm ki, alın.

- Fondpulu da yığırsınız?

- Fondpulu zad yoxdur. Sadəcə, deyilir ki, dəftər üzü çıxarılır. Şagirdlər könüllü edirlər. Özüm demişəm ki, kimin imkanı yoxdur, cibimdən qoyaram. Bu sözü iclasda da demişəm.

- Nə qədər əmək haqqı alırsınız ki?

- Əgər 600-700 manat maaş alsam, inanın, uşaqların hamısını başdan ayağa geyindirərəm də, yeməklərini də verərəm. Uşaqları o dərəcədə sevirəm.

- Əməkhaqqınızı soruşdum...

- İndiki maaşım 400-ə yaxındır.

- Yemək olmasa da, bir dönər ala bilərsiniz də.

- Evdə ailə var axı. Yoldaşım xəstədir, təkcə mən işləyirəm. İmkanım olsa, hər şey edərəm. Belə insanam. Allah hamının ruzisini yetirsin, hamıya bilik, savad versin.