>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

BBPİ -nin Qeydiyyat İmtahan şöbəsində mühüm işlər üzrə müfəttişi Afiyəddin Leysanovun ''bron əməliyyatı''

BBPİ -nin Qeydiyyat İmtahan şöbəsində mühüm işlər üzrə müfəttişi Afiyəddin Leysanovun ''bron əməliyyatı''
Ola bilsin ki, Afiyəddin Leysanovun rəhbərlik etdiyi qurumun “Meyvəli” deyilən topdan və pərakəndə satış mərkəzinin yaxınlığında yerləşməsi hörmətli rəisin ticarətə meylini artırıb.

Paytaxtın “Meyvəli” deyilən ərazisində Bakı Baş Polis idarəsinin Qeydiyyat İmtahan şöbəsində qanunvericilikdə olmayan terminlərdən istifadə edilir. Belə ki, şöbəyə nömrə almaq üçün müraciət edən avtomobil sahibləri polis əməkdaşlarının tələb etdikləri vəsaiti vermək imkanları olmadığı təqdirdə, ona “nömrə brondur”–deyə həmin nömrəni vətəndaşa verməkdən “qanuni” şəkildə imtina edilir. Şöbənin rəisi Afiyəddin Leysanovun xüsusi tapşırığı ilə cüt hərfli nömrələr dəyərindən 80-90, bəzi hallarda isə 100-dəfə artıq qiymətə satılır. Qeydiyyat İmtahan şöbəsindki mənbədən BakuNews.az-a daxil olan məlumatda bildirilir ki, dövlət qiyməti 18 manat olan 99 MM 220 dövlət nömrə nişanı, bu yaxınlarda sürücüyə 1200 azn-ə satılıb. Bəli satılıb sözü BBPİ-nin Qeydiyyat İmtahan şöbəsinin fəaliyyəti ilə nə qədər paradoks təşkil etsə də, sözün əsl mənasında həmin nömrə satılıb. Ola bilsin ki, Afiyəddin Leysanovun rəhbərlik etdiyi qurumun “Meyvəli” deyilən topdan və pərakəndə satış mərkəzinin yaxınlığında yerləşməsi hörmətli rəisin ticarətə meylini artırıb. Lakin bir məsələ unudulub ki, dövlət vəzifəsindən sui-istifadə edərək zəhmətsiz gəlir əldə etmək qanunla qadağandır və cinayətdir. Həm də ağır cinayət. Yəqin ki, cənab Leysanov bunu bilməmiş deyil. İnanmırıq ki, şöbə rəisi bu gün rəhbərlik etdiyi quruma təyin olunanda kimsə ona pul leysan kimi başına yağacaq vədi verib. Bəs elə isə nədən özü-özü pul yağışına tutur. Həm də dövlət vəzifəsindən istifadə etməklə?
Apardığımız kiçik araşdırma nəticəsində 060 nömrəsi ilə bitən seriyaların Leysanovlara məxsus olması müəyyən edilib buna misal olaraq 90 RR 060, 90 AS 060 və s. qeydiyyat nömrəsini göstərmək olar.

Mövzuya qayıdacağıq.

Redaksiya, yazıda adı çəkilən müəssisə və şəxslərində mövqelərini dərc edə bilər.

BakuNews.az