>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Füzuli məhkəməsində “Allah” Qarabağ əlilini “pula satdı”

Füzuli məhkəməsində “Allah” Qarabağ əlilini “pula satdı”
Füzuli rayonunda məşkunlaşan Quluyev Gəncivan Məmmədqulu oğlu Reportyor.info-nun redaksiyasına müraciət edərək bildirib ki, 20.05.2014 ci ildə Hacıqabul-Mincivan yolunun 145 -ci kilometirliyində Qarabulaq köçkün düşərgəsi ərazisində avtoqəza nəticəsində ona ciddi xəsarətlər yetirilib. Qəzanı törədən Muradlı Murad Elxan oğlu Füzuli rayon Məhkəməsinin 30 sentyabr 2014 -cü il tarixli(064)-37. 2014 saylı hökmü ilə təqsirləndirilsə də,cəzalandırılmamışdır. Şikayətçi vətəndaş yazır:

“Hazırda həmin avtoqəzanın nəticəsi olaraq səhətim cox pisdir və sağ ayağımdakı mil çıxardılmayıb. Günü gündən vəziyyətim pisləşir.Lakin ,Füzuli Rayon Məhkəməsində 30 sentiyabır tarixində Azərbaycan Respublikası Cinayyət Məcəlləsinin 263.1 ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayyət işinə açıq məhkəmə iclasında Hakim Bağırov Məhəmməd Abduləli oğlunun sədirliyi Hüseyinova Səadət Alman qızının katibliyi,dövlət ittihamçısı Ağayaev Əliabbas Ələmşah oğlunun işitarakı ilə baş tutmuş məhkəmə prosesi hələ də, yerini tapmayıb.

Qeyd edim ki ,qəza baş verərkən sağlamlığıma zərər vuran Muradlı Murad Elxan oğlu ”Yol hərəkəti haqqında”Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci bəndinin tələblərini gobud şəkildə pozaraq,yəni etibarnəməsi olmadan dövlət nömrə nişanı 90 DD 484 nömrəli Toyota Prado markalı maşınla qəzanı törətmişdir.Bundan başqa sürücü ”Yol Hərəkəti haqqında” qanunun 50-ci maddəsinin 2-ci hissəsinin və 1-ci bəndinin tələblərini pozmaqla yolun bu kilometirliyində icazə verilən sürət həddindən yəni 70 km/saat sürətlə hərəkət edərək asfalt yolu sağdan sola keçən piyada yəni mən Quliyev Gəncivan Məmmədqulu oğlunu avtomobilin qarşı tərəfi ilə vuraraq sağ-bud sümüyünün qapalı sınığı,qapalı kəllə beyin tramvası,baş beyinin sirkələnməsi,çoxsaylı sıyrıqları ilə nəticələnən xəsarətlər yetirib.

Mənim yeganə istədiyim odur ki, mən indiyə qədər sağlamlığımı itirmişəm qarşı tərəf mənim heç bir mülicəmə kömək etməyib”. Baş verənlərlə bağlı repartyor.info olaraq bildirək ki, Azərbyacan Respublikasının MM-nin 109.1 maddəsinin tələbinə görə ”Müki hüquq pozuntusu fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən ödənilməlidir. Elə bu qanun pozuntuları ilə də bağlı G.Quliyev etiraz edir: “ Məhkəmə Qarabağ əllinin hüquqlarını bərpa etmədi. Bir varlı pulu cox olan iş adamının oğlunu müdafiə etdi. Şikəst qalmışam bu yaşımda mən bir manat tapmıram heç dərmanlarımı alım axı biz Qarabağda can qoymuşuq. Üzümü buradan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə tuturam! Hörmətli Prezident Füzuli rayon məhkəməsinin sədri Füzulidə Allahlıq edir.Heç bir Qarabağ əlilinə hörmət etmir bizi qapıdan qovur.Necə olur məni bu vəziyyətə qoyan sağlam heç bir cəza almadan həyatına davam etsin mən isə sürünüm. Yazdığım müraciət etmədiyim Dövlət qurumu qalmayıb belə allahsızlıq olarmı…