>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

ELSEVƏR AĞAYEVİN QONAĞI OLAN MƏMUR XANIMIN AVTOMOBİLİ QARA RƏNGLİ "VOLKSWAGEN TOUAREG" OLUB

ELSEVƏR AĞAYEVİN QONAĞI OLAN MƏMUR XANIMIN AVTOMOBİLİ QARA RƏNGLİ "VOLKSWAGEN TOUAREG" OLUB
Keçən yazımızda səhiyyə nazirinin müavini Elsevər Ağayevin qonağı olan bir məmur xanım haqda məlumat vermişdik.
Xatırladaq ki, yazıda qeyd edlirdi ki, 365İNFO saytının redaksiyasına daxil olan məlumata görə Bakının mərkəzi rayonlarının birinin icra başçısının müavini olan xanım səhiyyə nazirinin müavini Elsevər Ağayevin evində qonaq olub.

“Qonaqlıqdan çıxan Elsevər Ağayevin istəkli qonağı olan məmur xanım “Cip” avtomobilinin sükanına özü əyləşib və evinə qayıdarkən yolda qəza törədib. Belə ki, gecə yarı məmur xanım-sürücü yolun hərəkət hissəsinə qoyulmuş beton dirəyi qaranlıqda görə bilmədiyi üçün avtomobili vaxtında saxlaya bilməmişdir. Nəticədə avtomobil dirəyə çırpılaraq yararsız hala düşmüşdür. Məmur xanımın özü əhəmiyyətsiz dərəcədə əzilsə də bərk qorxmuşdur. Hadisə yerinə gələn YPX əməkdaşları məmur xanımın avtomobili içkili vəziyyətdə idarə etdiyini müəyyən etmişlər. Kömək üçün məmur xanım tez dostu Elsevərə zəng etsə də, Elsevər Ağayevdən əvvəl hadisə yerinə özünü məmur xanımın köhnə dostu – keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov çatdırıb. Onlar baş verən yol-nəqliyyat hadisəsinin qeydiyyata alınmamasını YPX ilə razılaşdıraraq, gizlində saxlanmasına müvəffəq olublar.

Hadisədən sonra rayonun icra başçısı “piyada qalmış” məmur xanıma tezliklə daha təmtəraqlı xidməti avtomobil gətirtdirəcəyinə söz verib.

Bütün bunlara baxmayaraq, məmur xanım bu hadisədən media nümayəndələrinin xəbər tutacağından bərk narahatdır. Narahatçılığının səbəbi isə budur ki, məmur xanım ölkənin İnsan hüquqları üzrə müvəkkili-ombudsman, ömrünün ahıl çağlarını yaşayan Elmira Süleymanovanı vəzifəsində əvəz etmək niyyətindədir”, – yazıda bildirilirdi.

Dərc olunan yazıda həmin xanımın adını çəkmədiyimiz üçün biz hətta feysbuk istifadəçiləri tərəfindən qınanmışdıq da.

Hətta bizi gözü götürməyən bəzi şəxslərin trolları məmur xanımın adını çəkmədiyimiz üçün bizi hansısa maraq güdməkdə ittiham etmişdilər. Ancaq bu heç də elə deyil.

365İNFO saytının əldə etdiyi daha bir məlumata görə hadisəni törədən məmur xanımın avtomobili qara rəngli “Volkswagen Touareg ” olub. Digər bir məlumata görə isə bu məmur xanım, hər hansı bir təmtəraqlı məclisin keçirilməsinin məmurlara qadağan edilməsinə baxmayaraq, ötən payızda oğluna elə bir fantastik toy etmişdir ki, həmin məclisindən “pıçıldaşmalar” hələ də kəsilmir. Məmur xanım toya dəvətlilərdən 1 milyondan çox pul yığdığını məmnunluqla danışaraq həmkarlarına bir növ “yanıq verməkdən” xoşallanır.ELSEVƏR AĞAYEVİN QONAĞI OLAN MƏMUR XANIMIN AVTOMOBİLİ QARA RƏNGLİ "VOLKSWAGEN TOUAREG" OLUB

Daha bir söz-söhbətə görə məmur xanımın özəl bir “hobbisi” var; nazirlə, yaxud yüksək çinli bir məmurla dostluq münasibəti qurmaq üçün o əvvəlcə müxtəlif yollarla, hər hansı bir mötəbər məclisdə, yaxud tədbirdə, toyda-bayramda əvvəlcə onun xanımı ilə tanış olub münasibət qurur, sonradan get-gəl edərək, ona hədiyyələr edir və bu yolla həmin vəzifəli şəxslərlə yaxın münasibət yaradır.

Məmur xanım bu yaxınlığı ilə yüksək dairələrdə bulunduğunu öz ətrafındakılara nümayiş etdirməkdən xüsusi zövq alaraq qürrələnir. Hətta o, özünü ərazisinin “birincisi” adlandırmaqdan pərvazlanıb xəyalında sanki göyün yeddinci qatından aşağı baxır. Buna səbəb odur ki, yaxın gələcəkdə öznün daha yüksək və vacib bir vəzifəyə təyin ediləcəyini lap yaxın əhatəsi ilə bölüşmüşdür. Amma burada deyirlər ki, “qız evində toydur,oğlan evinin xəbəri yoxdur”.

Bu yazıdan sonra da ola bilsin ki, sosial şəbəkələrdə adları açıqlamadığımız üçün biz yenə də tənqid olunacağıq. Ancaq səbrli olun əziz oxucular, hər şeyin öz vaxtı var.

Araşdırmalar davam edir…