>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

NAZİR MÜAVİNİNİN QONAĞI OLAN MƏMUR XANIM AVTOMOBİL QƏZASI TÖRƏTDİ

NAZİR MÜAVİNİNİN QONAĞI OLAN MƏMUR XANIM AVTOMOBİL QƏZASI TÖRƏTDİ
365İNFO saytının redaksiyasına daxil olan məlumata görə Bakının mərkəzi rayonlarının birinin icra başçısının müavini olan xanım səhiyyə nazirinin müavini Elsevər Ağayevin evində qonaq olub.
Qonaqlıqdan çıxan Elsevər Ağayevin istəkli qonağı olan məmur xanım “Cip” avtomobilinin sükanına özü əyləşib və evinə qayıdarkən yolda qəza törədib.
Belə ki, gecə yarı məmur xanım-sürücü yolun hərəkət hissəsinə qoyulmuş beton dirəyi qaranlıqda görə bilmədiyi üçün avtomobili vaxtında saxlaya bilməmişdir. Nəticədə avtomobil dirəyə çırpılaraq yararsız hala düşmüşdür. Məmur xanımın özü əhəmiyyətsiz dərəcədə əzilsə də bərk qorxmuşdur. Hadisə yerinə gələn YPX əməkdaşları məmur xanımın avtomobili içkili vəziyyətdə idarə etdiyini müəyyən etmişlər. Kömək üçün məmur xanım tez dostu Elsevərə zəng etsə də, Elsevər Ağayevdən əvvəl hadisə yerinə özünü məmur xanımın köhnə dostu – keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov çatdırıb. Onlar baş verən yol-nəqliyyat hadisəsinin qeydiyyata alınmamasını YPX ilə razılaşdıraraq, gizlində saxlanmasına müvəffəq olublar.
Hadisədən sonra rayonun icra başçısı “piyada qalmış” məmur xanıma tezliklə daha təmtəraqlı xidməti avtomobil gətirdirəcəyinə söz verib.
Bütün bunlara baxmayaraq, məmur xanım bu hadisədən media nümayəndələrinin xəbər tutacağından bərk narahatdır. Narahatçılığının səbəbi isə budur ki, məmur xanım ölkənin İnsan hüquqları üzrə müvəkkili-ombudsman, ömrünün ahıl çağlarını yaşayan Elmira Süleymanovanı vəzifəsində əvəz etmək niyyətindədir.
Amma necə deyərlər, sən saydığını say…
Araşdırmamız davam edir, bizi izləyin.
Teref.info