>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Dünya fəlakətin astanasında: Yaxın saatlar planeti dəyişdirə bilər – FOTO + VİDEO

Dünya fəlakətin astanasında: Yaxın saatlar planeti dəyişdirə bilər – FOTO + VİDEO
Vulkan püskürməsi nəticəsində Havay adalarını lava qatı örtməyə və çatlar yaranmağa başlayıb.

Oxu.Az dünya mediasına istinadla xəbər verir ki, hazırda belə çatların sayı on yeddi ədəddir. Çatların ümumi uzunluğu bir kilometrə bərabərdir.

Yerli nümayəndələr Halekamahina adasının tam boşaldılması ilə bağlı qərar qəbul edib və tarixin ən güclü vulkan püskürməsinin baş verəcəyi ilə bağlı xəbərdarlıq elan edilib.

Dünya fəlakətin astanasında: Yaxın saatlar planeti dəyişdirə bilər – FOTO + VİDEO
ABŞ Geoloji Xidmətinin Havay vulkan rəsədxanasının mütəxəssisi Tina Nilin sözlərinə görə, lava kütlələri onlarla metr yüksəkliyə qalxır.

“Orada vəziyyət çox dinamikdir və dediyimiz ki, yaxın bir neçə gündə lava sıçrayışları davam edəcək. Eləcə də bu müddətdə çatların sayı durmadan artacaq”, – o qeyd edib.

ABŞ Geoloji Xidməti də oxşar xəbərdarlıq yayaraq, daha hündür lava sıçrayışlarının baş verəcəyini, bunun hətta 4 mərtəbəli bina hündürlüyünə çatacağını açıqlayıb.

Dünya fəlakətin astanasında: Yaxın saatlar planeti dəyişdirə bilər – FOTO + VİDEO
Məlumatlara görə, daha bir çat “Puna Geothermal Venture” zavodunun yaxınlığında meydana gəlib.

İşçilər təhlükəsizlik səbəbindən bir həftə ərzində 60 min litr tezalışan maddəni zavoddan çıxarıb.

Havay vulkan rəsədxanasının mütəxəssislərinin fikrincə, llavalar özləri ilə zəhərli qazlar və vulkan dumanları gətirəcək. Bu isə ABŞ-ın qərb sahillərində narahatlıqla qarşılanıb.
Dünya fəlakətin astanasında: Yaxın saatlar planeti dəyişdirə bilər – FOTO + VİDEO
Havay adalarında “Od kəməri” var ki, o aktivləşsə, nəinki Amerikada, hətta bütün planetdə landşaft dəyişikliyi baş verə bilər.

Amerikalı geoloqlar yaxın saatlarda çox güclü vulkanın püskürəcəyini bəyan edib.