>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

“Azərişıq”da Baba Rzayevə meydan oxuyan idarə rəisi böyük qalmaqal yaratdı

“Azərişıq”da Baba Rzayevə meydan oxuyan idarə rəisi böyük qalmaqal yaratdı
“Azərişıq” ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (ARETSİ) rəisi Canəhməd Əhmədovun özbaşınalığı İmişli rayonunda böyük narazılıq yaradıb

Bir qədər əvvəl ölkə mediasında İmişli rayon Bəhrəmtəpə qəsəbə sakini, yaşlı qadın Xanım Nağıyeva elektrik enerjisinə müdaxilə adı altında 950 manat cərimənləndiyi ilə bağlı xəbər verilmişdi.

Məsələyə münasibət bildirən Canəhməd Əhmədov yaşlı qadının cərimələnməsinin tam qanuni olduğunu əsaslandırmağa çalışmışdı.

Rayon sakinlərinin Tendensiya.com-a verdiyi məlumatda bildirilir ki, Canəhməd Əhmədov Aran elinə yaraşmayan hərəkətlər də etməkdən çəkinmir. Belə ki, hərəkətlərini bilməyən və milli mentalitetə zidd davranışları ilə qısa müddətdə İmişlidə “məşhurlaşan” Canəhməd Əhmədov tabeliyində işləyən xanımlardan birinə əxlaqsız təklif etdiyi iddia olunur.

Məlumatda bildirilir ki, mamuslu və mərd olan həmin xanım (xanımın kimliyi məlumatda əksini tapsada, adını açıqlamağı lazım bilmədik – red.) bu təklifi rədd edərək ASC sədrinə şikayət etmək istəyir. Amma iş yoldaşları həmin xanımı fikrindən daşındırır. Bu söz-söhbətdən sonra xanımın ailəsində narazılıq yaranır və boşanmağa, o cümlədən də işdən çıxmağa məcbur qalır. Buna baxmayaraq Canəhməd Əhmədov yüksək maaşlı işində qalmaqda və özbaşınalığını sürdürməkdə davam edir.

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, Canəhməd Əhmədov yol verdiyi özbaşınalığa görə, 2017-ci ildə “Azərişıq” ASC-nin Qaradağ rayon Elektrik Təchizatı və Satışı İdarəsinin rəisi vəzifəsindən qovulubmuş. Onunla bağlı xeyli sayda şikayətlər olduğu üçün ASC sədri tərəfindən işdən çıxarılıbmış. Bir müddət işsiz qaldıqdan sonra hansısa sirli bir əl vasitəsi ilə daha yüksək vəzifəyə – Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (ARETSİ) müdiri vəzifəsinə təyinat alır.

Qaradağda işlədiyi zaman iş adamları Canəhməd Əhmədovun özbaşınalığından fəryad edirmiş. İş adamlarının mediada işıqlandırılan şikayətlərindən məlum olur ki, (Qaradağ rayonu ərazisində sahibkarlıqla məşğul olan bir qrup vətəndaşlar,o cümlədən: Əliyev Fərhad, Həsənov Mail, Mehdiyev Fətulla, Həmidov Həmzə, Eyniyev Natiq,Qazaxov Şirvan, Nuriyev Nəsir) Canəhməd Əhmədoc əlavə sərfiyyat adı altında iş adamlarının külli miqdarda pullar alaraq, şəxsi məqsədlərinə yönəldirmiş.

Mediada dərc olunan məlumatlarda aydın olur ki, “Azərişıq” ASC-nin Qaradağ rayon enerji satışı şöbəsinin müdiri Canəhməd Əhmədovun rayonda yerləşən böyük ticarət obyektlərinin və istehsal müəssisələrinin yerləşməsindən məharətlə istifadə edib.

Həmin məlumatlarda Canəhməd Əhmədovun Binə, Sədərək və Meyvəli kimi iri ticarət obyektlərinə enerji satışındakı maxinasiyalardan külli miqdarda vəsait əldə etməsi isə xüsusilə vurğulanır: “Bu vəsaitin müəyyən hissəsinin öz himayədarlarının bığlarını yağlamağa sərf edən Canəhməd Əhmədovun əyləşdiyi kreslosunu daha da möhkəmləndirdiyi iddia olunur. Əks halda onun bu vəzifədə qalması çox möcüzəli görünərdi. Əyləşdiyi kresloda saqqız çeynəyərək abonentləri təhqiramiz ifadələrlə qarşılamaq, artıq onda vərdiş halını alıb”.

Mediada işıqlandırılan və təkzib olunmayan xəbərlərdə həmçinin qeyd olunur ki, Canəhməd Əhmədovun doğulduğu Qusar rayonunda bir neçə obyekti var ki, ”KARVAN” motel-restoran şəbəkəsi də bunlardan biridir. Yerli sakinlərin dediyinə görə bu obyekt həm də priton kimi də fəaliyyət göstərir.

Canəhməd Əhmədovun eyni zamanda Bakıda da bir neçə mulkə sahib olduğu bildirilir. Özünü və bütün ailə üzvülərini bahalı maşınlarla təmin edən məmurun aylıq məvaciblə bütün bunlara nail olması absurddur.

Maraqlıdır ki, belə bir adam işdən çıxarılandan qısa müddət sonra daha böyük vəzifəyə təyin olunur və Prezident İlham Əliyevə verilən təqdimat əsasında fəxri ad da ala bilir. İndi də Canəhməd Əhmədov Qaradağdakı fəaliyyətini Aran elində davam etdirir. Hətta “Azərişıq” ASC-nin sədri Baba Rzayevi belə saymaması ilə bağlı qürrələnirmiş. Tendensiya.com-a daxil olan məlumatda iddia olunur ki, 7 – 8 ay bundan qabaq Baba Rzayev Canəhməd Əhmədova zəng edərək fəaliyyəti ilə bağlı onu danlayıb. Canəhməd Əhmədov da yaxınlarına bildirib ki, o zaman Baba Rzayevə cavab qaytararaq “ağzının danışığını bil” deyib. Və bu hadisəni Canəhməd Əhmədov hər yerdə fəxrlə danışdığı da məlumatda əksini tapıb.

Redaksiyamıza Canəhməd Əhmədovla bağlı daxil olan məlumatları araşdırmaqda davam edirik. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.