>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

“Bakcell”in minlərlə abunəçiyə “Ulduzum” fırıldağı – Foto/Fakt

“Bakcell”in minlərlə abunəçiyə “Ulduzum” fırıldağı – Foto/Fakt
“Bakcell” mobil operator şirkətinin oğurluğu, soyğunçuluğu və fırıldağı ilk dəfə deyil.

Bu şirkət illərdir ki, müxtəlif maxinasiya və kampaniyalarla abunəçiləri aldadır.

AzEuroNews.com-a verilən məlumata görə, növbəti fırıldaq “Ulduzum” kampaniyası adı altında həyata keçirilir.

Bu mexanizmi balansdan pul silməklə gerçəkləşdirirlər. Şirkət tərəfindən balansına kontur yükləyən abunəçinin telefonuna dərhal mesaj gəlir.

Müştəriyə şad-xürrəm xəbər verilir ki, “e-manat”dan ödəniş etdiyi üçün “5555”-ə mesaj göndərin, 3 dəqiqə bonus olaraq pulsuz danışıq əldə edin.


“Bakcell”in minlərlə abunəçiyə “Ulduzum” fırıldağı – Foto/Fakt
Amma şirkət bonus adını qoyub pulsuz 3 dəqiqə verdiyi “hədiyyə”yə görə kontur çıxırlar. Abunəçilərdən biri yazıb ki, balansında 1 manat, 93 qəpik olub.

“Bakcell”dən gələn mesajda yazılanlara uyğun olaraq, “5555”ə mesaj göndərib. Ona həqiqətən də 3 dəqiqə bonus verilib.

Ancaq əvəzində balansından 63 qəpik silinib. Onun balansı 1 manat, 30 qəpiyə düşüb. Nəticə etibarı ilə 3 dəqiqə bonus ona havayı deyil, pullu olub.

Şirkətin “Ulduzum” kampaniyasının növbəti fırıldaq və oğurluq adlandıran abunəçilər qeyd edirlər ki, “Bakcell”dən cana doyublar.

Abunəçilərin əsassız olaraq konturları silinir, oğurlanır, müştəri qoşulmadığı reklamlara abunə edilir, əvəzinə pul çıxılır.

Artıq əksər abunəçilər mobil operatorlarını dəyişməyə başlayıblar. 1 ildən çoxdur ki, “Bakcell” abunəçiləri onun xidmətlərindən kütləvi şəkildə imtina edirlər. Əksəriyyət digər mobil operatorlara keçməyə başlayıblar. Doğrudur, onlar da “Bakcell”dən geri qalmırlar. Lakin bu firma açıq-aşkar özbaşınalıq edir. Faktiki olaraq, “Ulduzum” kampaniyası adı ilə fırıldaq edilir.