>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

"Eşitdiz da, məni narahat eləməyin" - Nazim İbrahimovun qardaşı velə deyir

 "Eşitdiz da, məni narahat eləməyin" - Nazim İbrahimovun qardaşı velə deyir
"Eşitdiz da, məni narahat eləməyin" - Nazim İbrahimovun qardaşı velə deyir
Tarix: Bu gün, 16:28 | Çap et
"Eşitdiz da, məni narahat eləməyin"
“Galaxy Palace” MMC-nin 2011-ci ildə Bakı şəhəri Həsən Əliyev küçəsində inşasına başladığı yaşayış binasının tikintisində 4 ildir fasilələr yaranıb.
Bina daş aqlayla üzləndiyi üçün ilk baxışdan hər şeyin qaydasında olduğu təsəvvürü yaranır. Amma binanın həyətinə daxil olanda tikinti işinin tam başa çatdırılmadığını müşahidə etdik.

Sakinlər dəfələrlə mənzillərin təhvil verilməsini tələb etsələr də, hələ də binada yaşayış üçün şərait yoxdur. Binanın qeyri-yaşayış sahəsinin də istifadə olunmadığının şahidi olduq.

 "Eşitdiz da, məni narahat eləməyin" - Nazim İbrahimovun qardaşı velə deyir

Binanın Faiq adlı komendatının Bizim Yol-a verdiyi məlumata görə, bina bu il ərzində “açar təhvili” əsasında istifadəyə tam hazır şəkildə təhvil veriləcək: “Binanın inşasının başa çatdırılması üçün 15-20 faiz iş qalıb. Binaya suyun və elektirik enerjisinin verilməsi təmin olunub, sayğaclar quraşdırılandan sonra mənzillərə su və işıq veriləcək. Müvafiq dövlət qurumu binanı təhvil-təslim götürəndən sonra binaya qazın verilişi də təmin olunacaq. Eləcə də, sakinlərə mülkiyyət kağızı veriləcək”.

Komendant bir mənzilin bir neçə nəfərə satılması iddiasının həqiqətə uyğun olmadığını bildirdi.

Xatırladaq ki “Galaxy Palace” MMC-nin sahibi “Avesta” şirkətinin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimovdur.
 "Eşitdiz da, məni narahat eləməyin" - Nazim İbrahimovun qardaşı velə deyir
Məsələ ilə bağlı Bizm Yol Galaxy Palace” MMC-nin sahibi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, iş adamı Sahib İbrahimovla əlaqə saxlayıb. O, açıqlamasında sərt ifadələr işlədərək heç kimə açıqlama vermək borcunun olmadığını bildirib:

“Siz məni niyə narahat edirsiz. Bir şey yazanda məndən soruşmalı idiz. Siz kimsiz mənə zəng vurub açıqlama almaq istəyirsiz? Bu sözlərdən sonra da adam “adboy” verər… Eşitdiz da, məni narahat eləməyin”.