>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

"Göydələn"lər alıcı tapmır: - Tikinti şirkətlərinin "cəzibadar" təklifləri də 1000 manatdan keçir

"Göydələn"lər alıcı tapmır: - Tikinti şirkətlərinin "cəzibadar" təklifləri də 1000 manatdan keçir
Şəhərin mərkəzində tikilən göydələnlərlə müqayisədə mərkəzdən kənarda olan bu cür binalarda alıcılıq qabiliyyətinin nə dərəcədə yüksək olması sual doğurur.

Məlumat almaq üçün bir neçə şirkətlə əlaqə saxladıq və bildirildi ki, alıcılıq qabiliyyəti normaldır. Bu isə o deməkdir ki, əhalinin daha imkanlı təbəqəsi şəhərin mərkəzinə, maddi baxımdan nisbətən aşağı təbəqəsi isə şəhər kənarlarına üz tutur. Şəhər kənarında olan bu cür binalarda digərləri ilə müqayisədə şərtlər nisbətən sərfəlidir. Yəni, burada aylıq ödəniş 1000 manatdan aşağı, ilkin ödəniş isə 10 000 – 12 000 AZN-dən başlayır.

Otaqların kvadratından asılı olaraq qiymətlər dəyişilir. Yeni tikililərdən birinin təqdim etdiyi ilkin ödəniş qiymətlərinə nəzər yetirək:

1 otaqlı 54,60 kv mənzil üçün ilkin ödəniş 12.000 AZN, kredit müddəti 36 ay, aylıq ödəniş isə 757 AZN-dir.

3 otaqlı 103 kv mənzil üçün isə ilkin ödəniş 12.000 AZN, kredit müddəti 48 ay, aylıq ödəniş isə 1295 AZN-dir.

Kvadratlara nəzər yetirək:

1 otaqlı 54,60 kv,57,40 kv, 65,60 kv.

2 otaqlı 60,30 kv,65 kv,78,50 kv.

3 otaqlı 103 kv.(3 otaqlı mənzillərə kredit 48 ay müddətinə verilir).

Ümumiyyətlə maraqlıdır, bu gün Bakıda yeni tikili bazarında vəziyyət necədir?

Əmlak məsələləri üzrə ekspert Ramin Osmanlı Cebhe.info-ya açıqlamasında bazardakı son vəziyyəti şərh edərək bildirib ki, təkrar mənzil bazarından fərqli olaraq, ilkin bazarda alıcı problemi daha çoxdur:

“Təkrar mənzil bazarında ucuz mənzillər hesabına az da olsa, aktivlik müşahidə olunur. Hər ilin əvvəlində daşınmaz əmlak bazarında ciddi passivlik müşahidə olunur. Bu il də eyni mənzərə təkrarlanır. Təkrar mənzil bazarından fərqli olaraq, ilkin mənzil bazarında tələb aşağı olsa da, qiymət azalması da müşahidə edilmir. Bunun da səbəbi məsələyə daha çox sahibkarların nəzarət etməsidir”.