>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Üzeyir Cəfərov:"ən həyatı boyu nə sifarişli yazı yazmamışam və yazmaq ağlımın ucundan da belə keçmir."

Üzeyir Cəfərov:"ən həyatı boyu nə sifarişli yazı yazmamışam və yazmaq ağlımın ucundan da belə keçmir."
Əziz dostlar! Hörmətli həmkarlar!
Gün başa çatır. Bu gün yazdığım statusla bağlı bəzi qeydlərimi bir daha Feysbuk dostlarımın diqqətinə çatdırmağı vacib saydım. Diqqət etdinizsə, kifayət qədər şərh və qeydlər yazıldı. Hər kəsə göstərdiyi diqqətə və münasibətəı görə təşəkkür edirəm. Xüsusən də, təmkinlə, ziyalı kimi öz fikrini yazan hər kəsə minnətdaram. Çox sağ olun.
Sözüm, söhbətin nədən getdiyini aydınlaşdırmadan "züy tutan" bəzi virtual dostlara və tanışlaradır. Vallah Sizin burada nə məqsədlə olmağınızın əsl səbəbini mən anlamaqda çətinlik çəkirəm. Adını kişi, yaxud ziyalı qoyan şəxs heç olmasa öz adı, soyadı ilə fikir bildirər, sözünü deyər. Bəziləri az qala mücərrəd əşya və ya insan adları ilə burda özlərini kimlərəsə qəhrəman kimi göstərməyə çalışır. Yazmaqları cəhənnəm, bəzən yolverilməz şəkildə təhqir edir və şantaj edirlər. Unutmayın ki, kimliyindən asılı olmayaraq hamının səhifəsi ciddi nəzarətdədir və lazım olanda kimin kim olmasını qısa müddətdə müəyyən edən dövlət strukturları, qurumları sutkanın 24 saatını dayanmadan fəaliyyət göstərirlər. Və heç kimə məsləhət görmürəm ki, müxtəlif adlar, niklər altında öz tərbiyyəsinə, mənaviyyatına uyğun şəkildə təhqiramiz sözlər, ifadələr yazsınlar. Bu gün bir-iki qadınfason tərbiyyəsiz, hansı ki, Türkiyədə "qəhrəmanla" aldıqları evdə hansı hoqqalardan çıxır, mənə hədə qorxu gəlməyə, şantaj eləməyə cəhd etdi. Bu küçə tulası başa düşmür ki, ermənidən qorxulu mənim üçün heç kim olmayıb, yoxdur. Ondan da çəkinmədən həm döyüşlər vaxtı ona qarşı əlimdə silah və sonradan da dövlət tərəfindən xüsusi tapşırıqla İrəvanda, Şuşada, Laçında, Xankəndində olan şəxs kimi deyirəm ki, bəzi bədbəxtlər çaşmasınlar. Mən öz adımla sözümü demişəm və deyirəm də. İnşallah qismət olarsa deyəcəyəm də, yazacağam da. Mən həyatı boyu nə sifarişli yazı yazmamışam və yazmaq ağlımın ucundan da belə keçmir. Bu günə kimi də necə olmuşamsa elə də olacağam. Nə pula, nə də şan-şöhrətə satılanlardan olmamışam və deyiləm. Həyatımda hər şey olub. Sui-qəsd də ediblər, maşınımı da yandırıblar, dəfələrlə ilişdirmək də istəyiblər. Amma sınmamışam və inşallah sınmayacağam.
Hər kəsə bir daha dərin təşəkkürlər. Dostluğumda formal olub sadəcə gün keçirənlər də, aktiv olanlar da sağ olsunlar. Bu həyatı bir dəfə yaşayırıq. Onu da elə yaşamaq lazımdır ki, sonra mənasız, faydasız günlərə görə xəcalət hissi keçirməyək.
Yazdığım statusu dəfələrlə silməyi məndən xahiş edən dostlara da bildirmək istəyirəm ki, siz ya məni tanımırsınız, ya da sizə bu xahişi edən adamlar, sizi barmağına dolamaq istəyiblər.
Tanrı hər kəsə ürəyinə görə versin!!
Tanrı Vətənini, Xalqını, Azərbaycanını düşünən hər kəsi qorusun!!
Üzeyir Cəfərov.
Teref.info