>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Ziya Məmmədovun səhvini düzəltdikləri yerdə vurub “göz çıxardılar” - FOTOLAR

Ziya Məmmədovun səhvini düzəltdikləri yerdə vurub “göz çıxardılar” - FOTOLAR
Bakının Ziya Bünyadov prospektində yağış kollektoru quraşdırılması işləri yaydan bəri sürücülərin gününü qara edib.

AzEuroNews.com-un məlumatına görə, Əhməd Rəcəbli ilə Əliyar Əliyev küçəsi arasındakı hissədə təmir işləri bitmək bilmir. Bu yolun noyabrın əvvəlində təhvil veriləcəyi söylənsə də, işlər yarımçıq saxlanıb.

► Kollektor quraşdırıldı, zülm bitmədi

Artıq dekabrın 10 günü keçib və hələ də Ə.Rəcəbli prospektindən sağa dönərək Z.Bünyadov prospektinə çıxan yol “Çermet” körpüsünə kimi fəlakətdir.

Hər gün bu yolda tıxac yaşanır, avtomobillər qazılıb tökülən, sonra əvvəlki formasında asfaltlanmayan çala-çuxur yolda zülm çəkirlər.

Əslində Ə.Rəcəbli prospektindən sağa dönərək Z.Bünyadov prospektinə çıxan yolun qazılması və yolun uzun müddət bağlı qalması müsbət bir iş üçün nəzərdə tutulmuşdu.

Çünki keçmiş nəqliyyat naziri Ziya Məmmədov milyonlara başa gələn “Dərnəgül” yolunu tikərkən sözügedən ərazidə yağış kollektoru quraşdırmağa lüzum görməyib. Nəticədə çökək hissədə hər yağış yağanda gölməçələr əmələ gəlirdi.

Yağan intensiv yağışlar zamanı dərin gölməçələrin əmələ gəlməsi nəticəsində avtomobillərin hərəkətinin iflic olması və maşınların suyun içində sönüb qalması müvafiq qurumları yenidən düşünməyə vadar etdi.

Nazirlər Kabinetinin qərarı ilə paytaxtın bir neçə yerində yağış kollektorları quraşdırılmağa başlandı və bu yolda da işlərə start verildi.

Bunun üçün yolun asfalt qatı və bərkidilmiş hissəsi yenidən qazıldı, dağıdıldı. Amma kollektorlar quraşdırılandan sonra yolun asfaltlanması, texnikanın yığışdırılması “yaddan çıxıb”.

► Keçmiş nazirin yeyintisi

Hələ də sürücülər Z.Bünyadov prospektinə çıxarkən avtomobillər eniş-yoxuşlu yollarda məşəqqət yaşayırlar.

Z.Məmmədovun etdiyi xətanı düzəldərkən “vurub göz çıxardan” müvafiq qurumlar uzun müddətdir ki, ərazini normal vəziyyətinə qaytarmırlar.

Həmin ərazidə yağış zamanı yığılan sular nəqliyyatın hərəkətini mümkünsüz edirdi. Bunun qarşısını almaq üçün kanalizasiya kollektorları quraşdırılıb. Amma yol hamar yox, darmadağındır və yenə də nəqliyyatın hərəkəti iflic olub.

Söhbətləşdiyimiz sürücülər qeyd edirlər ki, bu əziyyət nə vaxt qurtaracaqlarını bilmirlər: “Dərnəgüldən “Elit” ticarət mərkəzi tərəfə gedəndə yol axır ki, yamaq-yamaq da olsa asflatlanıb.

Onu da hər gün bir lapatka qır tökməklə araya-ərsəyə gətirdilər. Əhməd Rəcəblidən körpüyə qalxan yol isə bərbad gündədir. Fəhlələr oranı düzəltmirlər ki, bizim canımız qurtarsın.

Guya qeydimizə qalıb yağış kollektorları quraşdırıblar, amma işi axıra qədər görməyiblər. Qazırlar, tökürlər, təzə yolu pis günə qoyurlar, sonra düz-əməlli asfalt eləmirlər”.

Sürücülər deyirlər ki, Z.Məmmədovun yağış kollektor quraşdırmaması ayrılan vəsaitin mənimsənilməsi faktıdır.

Keçmiş nazir dövlətin vəsaitini talan edərək işi sona qədər görməyib. İndi də bunun əzabını vətəndaşlar çəkirlər.

Ancaq yağış kollektoru quraşdırılarkən də o qədər iş yubadılır ki, növbəti dəfə yeyinti şübhələrinə yol açır. Nəticə etibarı ilə vətəndaşlar ikitərəfli zərbə alırlar.
Ziya Məmmədovun səhvini düzəltdikləri yerdə vurub “göz çıxardılar” - FOTOLAR
Ziya Məmmədovun səhvini düzəltdikləri yerdə vurub “göz çıxardılar” - FOTOLAR
Ziya Məmmədovun səhvini düzəltdikləri yerdə vurub “göz çıxardılar” - FOTOLAR
Ziya Məmmədovun səhvini düzəltdikləri yerdə vurub “göz çıxardılar” - FOTOLAR