>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Adamyeyən, “imperator” və “karikaturaçıların ən sevimlisi”…- Pulların üzərinə şəkillərini həkk edən diktatorlar (FOTOLAR)

Adamyeyən, “imperator” və “karikaturaçıların ən sevimlisi”…- Pulların üzərinə şəkillərini həkk edən diktatorlar (FOTOLAR)
Bəzən saysız-hesabsız heykəllər, nəhəng portretlər, adlarını daşıyan parklar, hava limanları, mərkəzi küçə və prospektlər kifayət etmir. Və prezidentlər şöhrət və əbədiyyət naminə xalqa uzun illər milli valyutalarından da boylanırlar. Rəhbərlərin istər kağız, istər dəmir pullarda təsviri qədimdə də olub. Amma bu ənənəni müasir dünyamızda da yaşadanlar var.

Strateq.az xarici mətbuata istinadən yaxın keçmişdə şəkli milli əsginaslara həkk olunan liderləri və onların bunu hansı məqsədlə etdiklərini öyrənməyə çalışacaq.

Dada Ume İdi Amin
Adamyeyən, “imperator” və “karikaturaçıların ən sevimlisi”…- Pulların üzərinə şəkillərini həkk edən diktatorlar (FOTOLAR)
1980-ci illərdə Uqandada prezident Dada Ume İdi Aminin şərəfinə 5 şillinqlik əsginaslar buraxılıb. Uqandaya 1971-ci ildən 1979-dək rəhbərlik edən Amin dünya karikaturaçılarının “ən sevimli” diktatoru hesab olunurdu.

Deyilənlərə görə, Dada Ume İdi Amin “mundirini” bilərəkdən uzadırmış ki, üzərinə daha çox orden-medal yerləşsin. Hakimiyyətə dövlət çevrilişi ilə gələn Amin sərt millətçi siyasəti ilə tanınırdı. O həmçinin apardığı etnik təmizləmə və ölkəsində yaşayan digər xalqları soyqırıma məruz qoymaqla da məşhurlaşmışdı.

Hesablamalara görə, Aminin hakimiyyəti dövründə 300-500 min arası insan (əhalinin ümumi sayı 19 milyon idi) repressiyalara məruz qalıb. 2 mindən artıq insanı isə Amin şəxsən özü öldürüb. Hətta belə söhbətlər gəzir ki, diktator qətl etdiyi qurbanlarından bir neçəsini yeyibmiş də.

Jan Bedel Bokassa
Adamyeyən, “imperator” və “karikaturaçıların ən sevimlisi”…- Pulların üzərinə şəkillərini həkk edən diktatorlar (FOTOLAR)
Mərkəzi Afrika Respublikasının prezidenti Jan Bokassa bir neçə fərqli əsginasda təsvir olunub.

Bokassa hakimiyyətə çevriliş yolu ilə gələn çoxsaylı afrikalı diktatorlardan biridir. 1976-cı ildə o, özünü imperator elan etmişdi.

Jan Bedel Bokassanın “hanibalizm”i (çiy ət yeyən) haqda da söhbətlər gəzirdi. 1980-ci ildəki məhkəməsi zamanı o, insan qalıqlarını soyuducuda saxladığını etiraf etmişdi. Dediyinə görə, bunu yemək üçün yox, ritual məqsədilə edibmiş. Buna baxmayaraq, diktator “hanibalizm”də və qətllərdə ittiham olunaraq 25 illik həbs cəzasına məhkum edildi.

1993-cü ildə – ölkədə demokratik rejim bərqərar olandan sonra Bokassa amnistiyaya düşdü. Üç il sonra isə infarktdan öldü.

Kim İr Sen
Adamyeyən, “imperator” və “karikaturaçıların ən sevimlisi”…- Pulların üzərinə şəkillərini həkk edən diktatorlar (FOTOLAR)
“Şimali Koreyanın əbədi prezidenti” Kim İr Senin portreti 2014-cü ilə qədər milli valyutada əks olunub.

İlk dəfə onun şəkli 1978-ci ildə 100 vonluq əsginaslarda çıxıb. Pulun bir üzündə o, digər üzündə isə Pxenyandakı evi təsvir olunur. 2002-ci ildə Senin portreti 1000 və 5000 vonluq, 2008-2009-cu illərdə isə 5 min vonluq əsginasda peyda olur.

Kim İr Sen – Şimali Koreyanın qurucu lideridir və ölkəni 1948-ci ildən 1994-dək idarə edib. Şimali Koreyada bu gün də davam edən şəxsiyyətə pərəstişin əsası onun dövründə qoyulub.

Səddam Hüseyn
Adamyeyən, “imperator” və “karikaturaçıların ən sevimlisi”…- Pulların üzərinə şəkillərini həkk edən diktatorlar (FOTOLAR)
1979-cu ildə İraq prezidenti olan kimi Səddam Hüseynin portreti qəpiklərin üzərinə əks olunmağa başladı. 1986-cı ildə də isə onun şəkli 25 dinarın üzərində peyda oldu. 90-cı illərdə İraq liderinin portreti 5 mindən 10 minədək bütün nominalların üzərində vardı.

2003-cü ildə Səddam devriləndən sonra ölkədə valyuta dəyişdi. Və üzərində Səddam Hüseynin portreti olan əsginaslar tanınmadı.

Səddam Hüseyn İraqa 1979-cu ildən 2003-dək rəhbərlik edib. Kürdlərə qarşı fəal mübarizə aparan İraq lideri eyni zamanda şiələrə qarşı repressiyalar həyata keçirirdi. Onun iqtidarı dövründə İraq İranla savaş başlatdı və bu savaş 8 il (1980-88) davam etdi. Bu, İkinci dünya müharibəsindən sonra ən nəhəng münaqişələrdən biri idi.

Savaş iqtisadiyyatın bütün sahələrində çöküşə səbəb oldu. İraqın beynəlxalq kreditorlar qarşısında böyük borcu yarandı. Əhalinin yaşam səviyyəsi pisləşdi.

90-cı ildə İraq Küveytə girdi və Fars körfəzində savaş başladı. Buna qarşı beynəlxalq hərbi əməliyyat başladıldı. 91-ci ildə isə hakimiyyət tərəfindən qəddarlıqla əzilən şiələrin və kürdlərin qiyamı oldu. İraq bir neçə kürd regionu və hava məkanının əksər hissəsi üzərində nəzarəti itirdi. Nəticədə ABŞ və müttəfiqləri tərəfindən uçuşa bağlı zona yaradıldı, İraqa qarşı sanksiyalar tətbiq edildi.

S.Hüseyn ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya tərəfindən devrildi. İraq lideri beynəlxalq terrorizmdə, kütləvi qırğın silahı istehsalında ittiham olundu. Lakin bu ittihamları sübut edəcək dəlillər ortaya qoyulmadı.

Səddam amerika əsgərləri tərəfindən saxlanıldı və 2006-cı ilin 30 dekabrında İraq Ali Məhkəməsinin hökmü ilə edam edildi. Onun edamı televiziya ilə yayınlandı.

Saparmurat Niyazov
Adamyeyən, “imperator” və “karikaturaçıların ən sevimlisi”…- Pulların üzərinə şəkillərini həkk edən diktatorlar (FOTOLAR)
Müstəqilliyin ilk illərində Türkmənistanda sovet, daha sonra da rus rublu qalmaqda idi. 1993-cü ildə ölkə özünün milli valyutasını – manatı buraxdı. Həm qəpik, həm kağız pulların üzərində Türkmənistan prezidenti Saparmurat Niyazovun portreti vardı.

Niyazov 2006-cı ildə vəfat etdi. 2009-cu ilin 1 yanvarından da manatın üzərindəki təsvir dəyişdi. Niyazovun yerinə müxtəlif şəxslərin portreti peyda oldu. Lakin indiyə qədər 500 manatlıq əsginasda Niyazovun təsviri qalmaqdadır.

S.Niyazov Türkmənistanı 1985-ci ildən 2005-ci ilədək idarə edib. 85-ci ildən 91-dək o, Türkmənistan Kommunist Partiyasının birinci katibi, 90-cı ildən 2006-dək Türkmənistanın prezidenti olub. 99-cü ildə ömürlük prezident seçilib.

Niyazovun hakimiyyəti dövründə Türkmənistanda diktatura rejimi qurulub və şəxsiyyətə pərəstiş geniş yayılıb. Niyazov ayların adlarını dəyişərək ölkədə yeni təqvim yaradıb. 13 yaşına qədərki dövrün uşaqlıq, 13-25 yaşın yeniyetməlik, 25-37 yaşın gənclik, 85 yaşın qocalıq yaşı kimi təqdim edilməsinə göstəriş verib. Baleti və pensiyaları ləğv edib, bir sıra mübahisəlri sosial islahatlar həyata keçirib.
Muammər Qəddafi
Adamyeyən, “imperator” və “karikaturaçıların ən sevimlisi”…- Pulların üzərinə şəkillərini həkk edən diktatorlar (FOTOLAR)
Qəddafinin portreti ilk dəfə 1993-cü ildə bir dinarlıq əsginasın üzərində olub. Sonradan 20 dinarda da Qəddafinin təsviri olub. 2008-ci ildə Britaniyada 50 dinarlıq əsginas çap olunub və onun üzərində də Qəddafinin tünd qara eynəkdə olan portreti əks olunub.

Bu əsginaslar Qəddafi devriləndən və öldürüləndən (2011) sonra da işlək olub. Yalnız 2 il sonra yeni təsvirli əsginaslar buraxılıb.

Qəddafi Liviyaya 1979-cu ildən rəhbərlik edib. Monarxiyanı devirən Qəddafi ölkədə yeni rejim qurub. Ənənəvi hakimiyyət institutları ləğv olunub, idarəetmə milli komitələrə və konqresə həvalə edilib.

Ölkədə ali qanunverici orqan Ümummilli Konqres idi. Bu qurum özünün daimi orqanını – Baş Katibliyi seçir, Ali Xalq Komitəsini formalaşdırırdı.

Yeni sistem siyasi partiyaların fəaliyyətini qadağan edirdi və ölkədə Konstitusiya yox idi. Liviyada 1977-ci ildən Quran cəmiyyətin əsas qanunu hesab olunurdu. Ordu və polis xalq milisi ilə əvəzlənmişdi.

Qəddafi hakimiyyətinin əsas nailiyyətlərindən biri neft gəlirlərinin bir hissəsinin sosial ehtiyaclara yönəldilməsi idi. Lakin Qəddafini dəfələrlə xarici dövlətlərin işinə müdaxilədə ittiham etmişdilər. 77-ci ildə ölkə Misrlə hərbi münaqişəyə girdi. 80-ci illərdə isə Çadla.

Qəddafini milli-azdlıq, inqilabi və terrorçu təşkilatlara sponsorluqda da ittiham edirdilər. 90-cı illərdə ABŞ Liviyaya sanksiyalar tətbiq etdi. 2011-ci ildə isə Qəddafi bugünədək davam edən vətəndaş müharibəsi zamanı öldürüldü.