>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Gömrük Komitəsi Lənkəranskinin qardaşının həbsinə niyə susur? - Şok iddialar

Gömrük Komitəsi Lənkəranskinin qardaşının həbsinə niyə susur? - Şok iddialar
Keşlə gömrük postunun rəisi Namiq Canıyevin “Lotu Quli”dən qisas almaq istərkən İstanbulda həbsi sükutla qarşılanır - təfərrüat

Rövşən Canıyevlə Nadir Səlifovun müharibəsinin müdhiş tarixçəsi və proqonun mətni - “Gündəm-Xəbər”də...

Ölkə İstanbulda həbs edilən Rövşən Lənkəranskinin gömrük polkovniki qardaşı olan Namiq Canıyevdən danışır.
“Gündəm Xəbər” yazır ki, amma Dövlət Gömrük Komitəsi məsələnin üstündən sükutla keçir. Keşlə gömrük postunun rəisi olan N.Canıyevin həbsi barədə heç bir məlumat yayılmır.
İstanbul polisi açıqlama verdiyi halda DGK susur və məsələnin arxasındakı mahiyyətin detalları gizlədilir. Lakin fakt ondan ibarətdir ki, N.Canıyevə rəsmi ittiham verilib.
O, “Lotu Quli” ləqəbli Nadir Səlifova sui-qəsd etməyə cəhddə ittiham olunur və haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Buna baxmayaraq, Dövlət Gömrük Komitəsi öz gömrük rəisinin həbsi haqda, işdən azad olunub-olunmadığına dair açıqlama vermir.
Belə nəticə hasil olur ki, ya komitə Canıyevin vəzifəyə qayıdacağına ümid edir, ya da siyasi rəhbərlik səviyyəsində açıqlama yayılmasına razılıq verilməyib.
Ona görə də xeyli vaxtdır ki, ciddi susqunluq var və böyük müəmmalar yaşanır. Namiq Caniyev və Mehmet Sabri Şirinə 5 milyon dollar qarşılığında Rövşən Lənkəranskinin qatillərinin aradan götürülməsi barədə razılığa gəlindiyi bildirilir.
Hadisə zamanı saxlanılan şəxslərin üzüstə yerə yıxaraq fotoları çəkilib. Lakin bu məsələnin əsas tərəfi Keşlə gömrük postunun rəisi olan N.Canıyevin həmin şəxslərlə necə əlbir olması faktıdır.
İddialara görə, Lənkəranskinin qardaşı vəzifədə olduğu vaxtdan kriminal aləmlə əlaqəli olub. Onun qardaşının oğru dünyasındakı dostları ilə tanışlığı var imiş.
Bu köklü münasibətlər N.Canıyevin vəzifədə qalmasına mane olmayıb. Ondan sonra polkovnik qardaşının qətlinin qisası üçün İstanbulda Lənkəranskinin adamlarını tapmaqda çətinlik çəkməyib.
Onlar da çoxdan “Quli”nin azadlığa buraxılmasını gözləyirmişlər. Amma N.Canıyev çox tələskənlik göstərib. O, planı kortəbii qurub və ələ keçib.
“Lotu Quli”nin azadlığa çıxmasından ən azı bir neçə ay sonra plan qura bilərdi ki, çox erkən davranıb.
İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində 4-ü Azərbaycan vətəndaşı olmaqla, ümumilikdə 13 nəfər yaxalanıb. Əməliyyat zamanı saxlanılan şəxslərdən 9 tapança götürülüb.
Hətta həbsdə qalacağı halda N.Canıyev Lənkəranskinin yolunu davam etdirə, kriminal aləmdə yeni era başlada bilər, o cümlədən Rövşənin tərəfdarlarını da başına toplaya və “Quli”yə müharibə elan edə bilər.
Ancaq bunun üçün tacqoyma mərasimi keçirilməli və rəsmən Canıyevə avtoritet titulu verilməlidir. N.Canıyev prosesləri bura qədər irəlilədəcəkmi, bax müəmmalı və sual doğuran məsələlərdir.
Amma onun Şeyx Həmzətlə birgə fotosu göstərir ki, oğru dünyasında yeni Canıyev olacağı istisna deyil. N.Canıyevlə bağlı hansı qərarın veriləcəyi və onun Azərbaycana qayıdıb-qayıtmayacağı sual altındadır.
”Lotu Quli” ilə Azərbaycanın ən titullu “oğrular”ı arasında problem Bayıl təcridxanasında baş vermiş bir hadisədən başlayıb.
Belə ki, “Quli” “böyük qardaş” - “Sabirabadlı Hikmət” kimi tanınan Hikmət Muxtarova əl qaldırıb. Məhz bu hadisədən sonra digər azərbaycanlı oğrular da bu və ya digər dərəcədə tərəf tutmağa başlayıblar.
O zaman lent.az yazmışdı ki, “Lotu Quli”nin o vaxt cəza çəkdiyi 13 saylı cəzaçəkmə müəssisəsində öldürülməsi planını Rövşən Lənkəranskinin klanına daxil olan İlqar adlı şəxs hazırlayıb.
O, “Lotu Quli” ilə eyni həbsxanada cəza çəkən Hikmət Muxtarovla (Sabiraabadlı Hikmətin ad-soyad adaşı) hansısa yolla yaxın münasibət qurub.
Daha sonra “Lotu Quli”ni həbsxanada öldürmək üçün inanılmış adam tapdığını “Rövşən Lənkəranski”yə çatdırıb.
Sonuncu bu təkliflə razılaşıb və məsələnin həllini İlqara həvalə edib. Ancaq plan baş tutmayıb, çox güman ki, “Lotu Quli”nin həbsxanada ona sui-qəsd hazırlanmasından xəbəri olub və zəhərləmə əməliyyatı alınmayıb.
Bundan sonra kriminal aləmdə azərbaycanlılar arasında parçalanma dərinləşib, tərəflər çoxsaylı itkilər verib.
Rusiyada başlayan, Ukrayna, Gürcüstan və Türkiyəyə də sıçrayan bu mafiya hesablaşmaları 16 yanvar 2013-cü ildə Rusiyanın tanınmış mafiya liderlərindən Ded Xasanın öldürülməsiylə başlayıb.
Onun qətlini təşkil etdiyi iddia edilən Rövşən Canıyev ötən il Beşiktaşda öldürülüb. Bu sui-qəsdin cavabdehi olduğu iddia edilən Lotu Qulinin adamlarından Elşən Əmircanski də 11 sentyabr 2017-ci ildə Gürcüstanda öldürülüb.
İstanbulda baş verən hadisəyə və polkovnik rütbəsi daşıyıb yüksək post tutan şəxsin belə kriminal mübahisələrdə iştirakına gəldikdə deputat Tahir Kərimli bu günlərdə verdiyi açıqlamasında dövlət məmurunun belə hadisələrdə iştirakını qınayıb və yolverilməz hal olduğunu bildirib:
“Əgər bu fakt təsdiqlənərsə, ona qarşı sərt ölçü götürülməlidir. Bu bir daha onu göstərir ki, kimlərsə belə qrupları hakimiyyətin yuxarı eşalonunda himayə ediblər”.
Lənkəranskinin adamları ilə Lotu Qulinin qanlı savaşı getdikcə qızışa bilər.

”Lotu Quli” ilə Azərbaycanın ən titullu “oğrular”ı arasında problem Bayıl təcridxanasında baş vermiş bir hadisədən başlayıb.
Öldürülənlər sırasında bir çox “qanuni oğru”lar “Sabirabadlı Hikmət”, “Otar”, “Nardaranlı Mirseymur”, “Ağbaş Çingiz” və başqaları olub.
Həmin “sxodka”da iştirak edənlərdən biri də Rövşən Lənkəranski olub. Bir sözlə, “sxodka”nın qərarını Lənkəranski də dəstəkləyib.
Təbii ki, belə olan halda onunla “Quli” arasında münasibətlər korlanmalı idi. Digər tərəfdən, kriminal aləmdə Gürcüstan klanı “Quli”ni “oğru” kimi qəbul edirdi.
Rövşən Lənkəranskinin bu klanın xaç atası sayılan Aslan Usoyanla (“Ded Xasan”) problemi olduğu isə heç kimə sirr deyildi.
Nüfuzlu azərbaycanlı qanuni oğrular qətlə yetirildikdən sonra həmin “sxodka”dan sağ qalan təkcə “Lənkəranski” idi deyə, “Quli” onun haqda Azərbaycan və Rusiya həbsxanalarına “proqon” göndərir.
Həmin “proqon”da “Rövşən Lənkəranski”nin qanuni oğru adından məhrum edildiyi bildirilir. “Gündəm Xəbər” bildirir ki, Lent.az internet resurslarının və mənbənin köməkliyi ilə həmin “proqon”un mətnini də əldə edib.
Orada deyilir: “Hər vaxtınız xeyir olsun, məhbuslar. Sizə və Oğru Evinizə rifah və sülh diləyirəm. Ən xoş hisslərlə sizi oğru qardaşlar adından salamlayıram. Əvvəlcə sizlərə bir-birinizlə mehriban və ayrılmadan yaşamağı arzulayıram.
Oğru qanunlarına uyğun nümunəvi məhbus həyatı yaşayan məhbus kimi sizlərin də bu müqəddəs qanunlara hörmətlə yanaşdığınızı bilirəm.
Həmçinin, bildiyiniz kimi, oğru proqonları məhz oğrular tərəfindən verildiyinə görə, bir oğru kimi mənim proqonuma da hörmətlə yanaşacağınızı bilirəm.
Kim oğru qanunlarını tapdalayacaqsa, onun cəzası da oğru qanunlarıyla veriləcək. Aramızda bir sıra problemlər olub, var və olacaq. Amma biz bütün problemləri öz qanunlarımızla həll edəcəyik.
İndilikdə isə sizə Rövşən Lənkəranskiylə bağlı məqamı çatdırmaq istəyirəm. Hamınız biləsiniz ki, Rövşən Lənkəranski heç kimdi və o, adı öz üzərinə götürə bilməz.
Bu, oğruların qərarıdır. O ki, qaldı Hacı (“Beyləqanski”) və Rüfətə (“Gəncinski”) onlar yalançıdırlar. Belə yaramazlar bütün zamanlarda olub və onlardan bütün ciddiliklə hesab sorulacaq.
Sizə uğurlar və qızıldan da qiymətli olan azadlığı arzulayıram. Özünüzü və oğru ideyalarınızı qoruyun. Bu proqon Azərbaycanın və Rusiyanın bütün həbsxanalarına yayılsın. Ən xoş arzularla Oğru Quli”.
“Gündəm-Xəbər” yazır ki, məhz bundan sonra Azərbaycanlı “qanuni oğru”lar Moskvada qanlı “razborka”lara start verirlər. Və bu “razborka”lar hətta indi də - “Lənkəranski” öldürüləndən sonra belə davam edir.
Rövşənin qətlindən sonra Qulinin azadlığa buraxılması N.Səlifova geniş imkanlar verilməsi kimi qiymətləndirilir. Hətta Lənkəranskinin bazarları və biznesi də onun nəzarətinə keçə bilər.
Oktyabrın son günlərində Azərbaycanda nələr baş verir: prezident mühafizəçisi oliqarxın adamları tərəfindən bıçaqlanır, polis rəisinin müavini güllələnir, Astaradan Bakıya gedən qatarda iki məhkum qaçır(ılır), “Lotu Quli” azadlığa buraxılır, Bərdədə üzərində silah gəzdirən şəxs saxlanılır, Gəncədə atışma olur, Xırdalanda müxalifətin mitinqində terror planlaşdıran üç nəfər öldürülür...
Kriminal avtoritet, Rövşən Lənkəranskinin qətlindən sonra Moskva bazarlarında kurator və “palajeniya”ya baxmaq boşluğu yaranmışdı.
Azərbaycanlıların getdikcə itirilməkdə olan mövqeləri və gücü yeni maliyyə boslarının ortalığa çıxması ilə müşayiət olunacaqdı. Bu imkanları əldən vermək olmazdı.
Tezliklə yeni avtoritetə ehtiyac vardı ki, “Lotu Quli” ləqəbli Nadir Səlifov azad edilərək gözlənildiyi kimi Lənkəranskinin qətlə yetirildiyi şəhərə - İstanbula getdi.
Onun şərəfinə verilən ziyafətdə iştirak edən sənətçilərdən tutmuş başqalarına qədər əhatəsi göstərir ki, “Lotu Quli” yeni missiya üzərinə götürüb.