>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Neftçalada məmur maraqları toqquşur - İDDİA

 Neftçalada məmur maraqları toqquşur - İDDİA
Son zamanlarda məmurların adları mətbuatın gündəmində daha çox özbaşınalıq xəbərlərində hallanır. Bu hallanmalar silsilə halına düşsə belə, onlar öz əməllərindən əl çəkmirlər. Belə məmurlardan biri Neftçala rayon icra başçısının ictimai siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqovadır.
Neftçala rayonu icra başçısı İsmayıl Vəliyevin yaxın adamı olan Gültəkin Sadıqova rayon ictimaiyətini öz çirkin əməlləri ilə təngə gətirib. Gültəkin Sadıqova Neftçala rayon təhsil şöbəsinin müdiri Əjdər Kərimovla birlikdə həyata keçirdiyi işlər nəticəsində Neftçala təhsilini bərbad vəziyyətə salıb. Direktorların təyin edilməsi, dərs saatlarının bölüşdürülməsi və hətta ən incə məqamlar belə icra başçısının müavini ilə məsləhətli şəkildə həyata keçirilir.GundemXeber.Az realliq.info-ya istinadən bildirir ki, Gültəkin Sadıqova “pul yığmaqda yaxşı ixtisaslaşdığına görə rayon rəhbərliyində xüsusi çəkiyə malikdir, buna görə də heç bir idarə, təşkilat rəhbəri Gültəkin xanımın bir sözünü iki edə bilmir. Hətta ötən günlərdə Neftçala təhsilində yaşanan biabırçılıqlar barədə yazılmışdı. Bildirilmişdi ki, rayondakı orta məktəblərin təmiri üçün ayrılmış yüz minlərlə manatın nəyə xərcləndiyi müəmma olaraq qalıb. Çünki hazırda Neftçaladakı əksər orta məktəblərin kordiorları belə bərbad vəziyyətdədir. Halbuki həmin məktəblər sənəd üzərində təmir olunmuş kimi qeydə alınıb.Sizə Gültəkin xanımın “qüdrəti” ilə bağlı bir faktı da deyək, deyilənlərə görə, onun Aytəkin adlı bacısı diplomu Təhsil nazirliyi tərəfindən təsdiq olunmasa da, Neftçala şəhər M. Cəfərov adına İnternat ümumi orta məktəbin direktoru işləyir. Çünki məktəblər içərisində ən çox gəlir gətirən məhz internat məktəbidir”.
Qeyd edək ki, Neftçala qonşu rayonlara nisbətən tamam bərbad vəziyyətdədir. Bu yaxınlarda Cənab Prezidentin Neftçalaya səfəri olmuşdu. İsmayıl Vəliyev yalnız səfər zamanı Cənab Prezidentin gedəcəyi istiqamətlərdəki yollara asfalt örtüyü çəkdirmişdi. Rayonun digər ara küçələrindəki asfalt örtüyü tamam yararsız halda olsa da, buna heç kim fikir vermir. Rayon sanki “qara şəhər” dir. Bu onu deməyə əsas verir ki, rayonda heç bir idarə müdiri işləmir, rayonun gələcək taleyi necə olacaq deyə düşünən yoxdur.
Bu ilin mart ayında Gültəkin Sadıqovanın həyat yoldaşı içkili vəziyyətdə Neftçala küçələrində avtoşluq edərkən ağır yol qəzası keçirmişdi. Hətta rayonda vəziyyət elə yerdədir ki, xanım Sadıqova bu məsələni öz üsulu ilə ört-basdır etdirmişdi. Aldığımız məlumata görə, Gültəkin Sadıqova tez-tez xaricə qeyri-rəsmi səfərlər edərək, öz şəxsi biznesini daha da böyütməyə çalışır. G.Sadıqovanın nəinki Neftçala rayonunda obyektləri, villaları hətta Bakı şəhərində yeni tikilmiş binalarda mənzilləri, öz adında qeydiyyatda olmayan obyektləri də var. Öz bahalı maşın kolleksiyanı quran G.Sadıqova üçün icra başçısı müavini işləmək vaxt itkisindən başqa heç nə deyil. Vəziyyət o yerə çatıb ki, xanım Sadıqova rayonda heç kəsi saymır, qəbuluna düşmək olmur, hətta jurnalistlər belə bu məsələlərlə bağlı görüşmək istəsələr də onu öz yerində tapa bilmirlər. Şəhid ailələri və məcburi köçkünlərin bildirdiyinə görə, onlar aylarla xanım Sadıqovanın qəbuluna düşə bilmirlər, hər dəfə icra hakimiyyətində yollananda köməkçisi bildirir ki, o işdə deyil.
Məsələ ilə bağlı qarşı tərəfi dinləməyə hazırıq.Bununla bağlı aidiyyatı qurumlar, Cənab Prezidentin özü birbaşa bu məsələlərin həlli üçün lazımi tədbirləri görəcəyinə ümüd edirik.
//Gundemxeber.az