>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Neftçala Bələdiyyə sədri müəmmalı şəkildə yoxa çıxıb - Xol Qarabucaq kənd Bələdiyyəsində cavabdeh şəxs kimdir?

Neftçala Bələdiyyə sədri müəmmalı şəkildə yoxa çıxıb - Xol Qarabucaq kənd Bələdiyyəsində cavabdeh şəxs kimdir?
Neftçala rayon Xol Qarabucaq kəndinin bələdiyyə sədri yoxa çıxıb. Sakinlərin bildirdiyinə görə, ali təhsili olan Bələdiyyə sədri Abdullayev Səid Abdulla oğlu sədr seçildikdən qısa müddət sonra vəzifəsindən qeyri qanuni olaraq imtina edib. Rayon İcra Hakimiyyətinin rəsmi saytında Abdullayev Səid Abdulla oğlu bələdiyyə sədr kimi göstərilməsinə baxmayaraq kənddə və idarədə onu gördüm deyən tapılmayıb.

Redaksiyamıza bu barədə danışan Neftçala rayon sakini qeyd etdikləri çoxda müəmma doğurmayan amma dövlət qurumları tərəfindən araşdırılması vacib məsələlərdir ki, bunada gözyumanlar mütləq şəkildə (maraqlar çərçivəsində) mövcudur. Xol Qarabucaq, Dördlər və Xoltəzəkənd kəndləri ərazilərinə Bələdiyyə nəzarəti məhs S.Abdullayevə həvalə edilsədə onun iş başında olmaması bəzi məsələlərə aydınlıq gətirməyimizə maniyyələr yaratmışdır.
Apardığımız sorğulardan isə məlum olub ki, Bələdiyyə sədrinin müavini məhs burda sədr əvəzi hər məsələyə imza atmaqda bütün saxtalaşdırmalarda bilə vasitə özü iştirak etməkdədir. Amma qanun sədrin imzası və səlahiyyətinin digər şəxslərin uzun müddətli icra etməsini qadağan etməsinə baxmayaraq rayonda özbaşınalıq pik hədə çatmışdır.

Neftçala rayon Xol Qarabucaq Bələdiyyəsinin əhatə etdiyi əhalisinin sayı 4195. Rayonun sayca 4-cü ən böyük tutumlu bələdiyyəsində məhs elə qanun pozuntuları baş verməkdədir ki, keçmiş bələdiyyə sədrinin gördüyü iş bunun yanında toya getməlidir – desək yanılmarıq. Bələdiyyələrin təftiş edilməsi vacibliy görünən rayonun bu günə qədər araşdırlmaması hansı yollarla mümkün olub. Bu qədər qanun pozuntularına yol verən bələdiyə niyə yoxlanılmır sualı meydana çıxır...

ARDI VAR..

BakuNews.Az