>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

FHN şefinə xəyanət edən, Eldar Mahmudovla dost olan Nizami İsgəndərovun biznes şərikliyi

FHN şefinə xəyanət edən, Eldar Mahmudovla dost olan Nizami İsgəndərovun biznes şərikliyi
Fövqaladə Hallar Naziri naziri Kəmaləddin Heydərovun biznes komandasında yer alan və elə fövqəlnazirin dəstəyi ilə Milli Məclisdə deputat mandatı qazanan Nizami İsgəndərov daha sonra məhz Kəmaləddin Heydərova xəyanət etdiyinə görə növbəti seçkilərdə mandatsız qalıb.

Bu barədə saytımızı məlumatlandıran mənbə bildirib ki, Nizami İsgəndərovun Kəmaləddin Heydərova xəyanəti deputat seçildikdən sonra MTN şefi Eldar Mahmudovla birgə qanunsuz biznes əlaqələrinə girməsi olub. Bundan xəbər tutan Heydərov isə Nizami İsgəndərovk öz ətraından uzaqlaşdırıb və onun üzərindən bir mənalı olaraq xətt çəkib. Mənbə onu da bildirib ki, Nizami İsgəndərov Kəmaləddin Heydərovun komandasına keçmiş Nəqliyyat naziri Ziya Məmmədovla konflikti olduğuna görə girə bilib və Ziya Məmmədovla konfliktdə olan Heydərov sumqayıtlı iş adamı öz qanadları altına alıb. Lakin bir müddət sonra, daha doğrusu Eldar Mahmudov Milli Təhlükəsizlik naziri kimi öz mövqelərini kifayət qədər möhkəmləndirdikdən sonra, Nizami İsgəndərov Kəmaləddin Heydərovu məhz Eldar Mahmudova dəyişib.

Mənbə bildirir ki, Eldar Mahmudovla Nizami İsgəndərovun biznes əlaqələri qanunsuz qızıl və brilyant alveri üzərində qurulub. Həmin dönəmdə ölkəyə qaçmalçılıq yolu ilə gətirilən qızıl və briliyantların böyük əksəriyyətinin İsgəndərovlara məxsus olan Sumqayıtdakı Ticarət Mərkəzlərində satışa çıxarıldığını bildirən mənbə onu da qeyd edib ki, Eldar Mahmudovla Nizami İsgəndərovun briliant biznesi Mahmudov vəzifədən ayrıldığı günə qədər davam edib.

Qeyd edək ki, Nizami İsgəndərovun Eldar Mahmudovla qanusuz brilliant biznesi ilə bağlı sensasion məlumatları bəzi informasiyaları dəqiqləşdirdikdən sonra, növbəti yazımızda oxucularımızın diqqətinə cəlb edəcəyik. Bizi izləməkdə davam edin.
operativxeber.az