>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

“Beliy Lebed” MTK-ya fırıldaq ittihamı - GİLEY

“Beliy Lebed” MTK-ya fırıldaq ittihamı - GİLEY
"Biz sənəd tələbi ilə toplaşırıq, MTK rəhbərliyi üstümüzə polis göndərir. Pulu alıb evi satanda min dil tökürdülər, indi sanki həmin adamlar deyil. Neçə ildir bu evə pul verib almışıq, müqavilə həyat yoldaşımla bağlanıb, ancaq hələ də mülkiyyətçi deyil. Halbuki, şirkət öhdəlik götürüb. Bu evə mülkiyyətçi hüququmuz yoxdursa, biz bu evlərdə kirayənişinə bərabərik". DİA.AZ bildirir ki, bunu yeni tikilidə yaşayan Afaq Şərbətova deyir.

Yeni Yasamaldakı yeni tikililərdən birinin sakinləri evlərinə Çıxarış sənədi tələb edir. Bir neçə il əvvəl Bünyadzadə küçəsindəki 15 saylı ünvanda ucaldılan binada elə bir neçə ildir ki, tam yaşayış var. Evi tikən şirkətlə sakinlər arasında bağlanmış müqavilənin şərtinə görə, bu mənzil sahiblərinə Çıxarışlar çoxdan verilməliydi. Lakin illərdir ki, sakinlər aldıqları mənzillərin mülkiyyətçisinə çevrilmək üçün şirkət sahibi ilə necə deyərlər, "döyüşürlər".

775 mənzilli binanı “Beliy Lebed” MTK inşa edib. Sakinlər dəfələrlə MTK-nın ərazidəki kiçik ofisinin qarşısına toplaşıblar. Bina sakini Asya Cəfərli: "Biz nə istəyirik ki... Evlərimizə mülkiyyətçi hüququ verən sənəd..."

Beləcə, bina sakinləri bir yerə toplaşıb başlarının çarəsini müzakirə etməkdən, dərdlərini MTK rəhbərinə çatdırmaqdan məhrumdular.