>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Heydər Əsədov qardaşının şirkətini tenderlərdə qalib edir — 5 milyon manatlıq İDDİA

Heydər Əsədov qardaşının şirkətini tenderlərdə qalib edir — 5 milyon manatlıq İDDİA
Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyində şübhəli maliyyə dövriyyəsi olması ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub.

“Ölkə.Az” olaraq faktı dəqiqləşdirmək üçün bir həftə öncə Kənd Təsərrüfatı Nazirliyinə, eləcə də nazir Heydər Əsədova və mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevə elektron qaydada sorğu göndərsək də, müraciətimizə hələ cavab verilməyib.

Redaksiyamıza daxil olan müraciətin gecikəcəyini və aktuallığını itirəcəyini nəzərə alıb, həmin məlumatı oxucuların diqqətinə çatdırmaq istəyirik.
Daxil olan məlumatda qeyd edilir ki, bir fermer 2016-cı ildə taxilsəpən aqreqatı “Aqrolizinq” ASC-dən 6100 manata alıb. Bu il isə “Aqrolizinq” ASC həmin aqreqatı 9600 manata satır.

Heydər Əsədov qardaşının şirkətini tenderlərdə qalib edir — 5 milyon manatlıq İDDİA
Təqdim edilən fotoda “Aqrolizinq” ASC-nin 2016 və 2017-ci illər üçün verdiyi alış-satış sənədini və bu il “Aqrolizinq” ASC-nin rəsmi internet səhifəsindən göstərdikləri qiyməti görə bilərsiz. Diqqət yetirin, hər ikisi eyni modeldir (HBM-N24). Fərq yalnız istehsal illərindədir. Yəni, keçən il alınan 2016-ci ilin, bu il alınan isə 2017 il istehsalıdır.

Məlumatlı mənbə qeyd edir ki, “Aqrolizinq” ASC-nin işçilərinə sual verəndə ki, niyə eyni avadanlıqda 50 faizdən çox fərq var, deyirlər ki, köhnə dövrlərdən bütün avadanlıqlar açıq tendernən alınırdı, ona görə ucuz olurdu. Bu il isə cənab nazir Heydər Əsədov göstəriş verib ki, nazirin qardaşının şirkətlərilə birbaşa müqavilə bağlansın. Nazirin qardaşının şirkətləri isə bu qiymətlərlə satır.

Nəzərə alsaq ki, tək bu il 1500 ədəd taxıl səpən avadanlıq alınıb və hər birinin qiymətində 3500 manat fərq var, belə çıxır ki, hörmətli nazirin qardaşı ancaq bir növ avadanlıqda 5 milyon manat qazanıb.
Heydər Əsədov qardaşının şirkətini tenderlərdə qalib edir — 5 milyon manatlıq İDDİA
Ortada isə mühüm sual yaranır. Belə olan halda, kənd təsərrüfatı necə inkişaf edə bilər?

Hörmətli nazirin qardaşının şirkətləri bu il “Aqrolizinq” ASC ilə ümümilikdə 50 milyon manatlıq müqavilə bağladığı iddia edilir. Digər maraqlı məqam isə budur ki, əgər digər avadanlıqlarda da hörmətli nazirin qardaşının iştahı bu dərəcədə olubsa...