>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Cəlilabadsayağı Novruzəli, yaxud “Poçt qutusu” əməliyyatı

Cəlilabadsayağı Novruzəli, yaxud “Poçt qutusu” əməliyyatı
Rayondakı mənbələrdən Reportyor.org-a verilən məlumata görə ölkə rəhbərinin səfəri zamanı Cəlilabad rayonunda açılışı ediləcək obyektlərdən biri də rayonun poçt idarəsidir.

Bildirək ki, rayon mərkəzi poçtunun əvvəlki binası bu ilin əvvəllərində sökülüb. “Aztelekom” İstehsalat Birliyinin Cəlilabad rayon Telekommunikasiya Qovşağının inzibati binasına bitişik olan mərkəzi poçtun binası istifadəyə yararlı olsa da onun sökülmə səbəbi bəlli deyil. Amma bu söküntü prosesi ilə bağlı mediada maraqlı iddialar səsləndirilib və reportyor.org olaraq bu iddianı da olduğu kimi diqqətinizə çatdırırıq:

“Poctun söküntüsü böyük biabırçılıqla müşahidə oliunub. Belə ki, söküntü zamanı poct müdiri Vüsal Kazımov 19 qapını şəxsi mülki kimi yaşadığı ünvana aparıb. Qiymətli qapılar dövlət əmlakı hesab edilsədə V. Kazımov bunlara məhəl qoymayıb. Rabitə və Texnalogiya Nazirliyinin əməkdaşlarının səyi nəticəsində Vüsal Kazımovun evindən qapılar götürülərək idarəyə təhvil verilib.

Görünür, poct müdiri o qədər özünə arxayındır ki, hətda dövlətə məxsus 15 AA 080 NİVA markalı avtomaşını məktəb direktoru işləyən atası Adişirin müəllimə hədiyyə edib.

Özünün dediyinə görə arxalandığı şəxs Rabitə və Texnalogiya Naziri Ramil Quluzadənin birinci müavini Əli Abdullayevdir. Məlumat üçün bildirək ki, V. Kazımovun dediyinə görə Ə. Abdullayev bir vaxtlar əmlak komitəsində işləyən dayısının çanta daşıyanı olub. Bunun nə qədər real olub-olmadığını söyləyə bilmərik.Lakin bir faktı qeyd edək ki, rabitə idarəsinə məxsüs avtomaşını atasına hədiyyə etmək və qapı oğurluğu heç də sıradan bir iş deyil”