>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Daha bir ali təhsili olmayan məmur iş başındadır - Səlim Müslümov Masallını və daha 3 rayonu kimə həvalə edib?

Daha bir ali təhsili olmayan məmur iş başındadır - Səlim Müslümov Masallını və daha 3 rayonu kimə həvalə edib?
Ali təhsili olmayanlara qarşı bir ara mübarizə aparılırmış kimi təəssürat yaransa da, artıq bu dönəm də arxada qalmış hesab oluna bilər. Ən azından ona görə ki, hələ də ali təhsili olmayanlar, saxta diplom sahibi olanlar yeni-yeni vəzifələrə təyin olunurlar. Bu barədə DİA.AZ-a daxil olan informasiyalardan belə anlaşılır ki, həmin məmurlardan biri də 10№-li bölgə üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi postuna təyinat almış Əsədov Akif Ələsgər oğludur.

Dia.az-a bu barədə məlumat verən mənbə bildirir ki, nazirliyə saxta diplom təqdim edən Akif Əsədova bu gün Masallı, Cəlilabad, Biləsuvar, Yardımlı kimi rayonlara nəzarət həvalə olunub. Hər halda bu faktı Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovun nədən nəzərə almaması anlaşılan deyil. Bunu da mənbə sual edir.

Onu da qeyd edək ki, Akif Əsədov bu vaxta qədər də eyni nazirliyin tabeliyində olan başqa bir idarəyə rəhbərlik edib, lakin sonradan məhz işində yol verdiyi nöqsanlar səvəvindən görəvindən alınıb. Dia.az-a bunu xatırladan mənbə Əsədovun təkrarən etimada layiq görülməsində də kifayət qədər müəmmaların olduğunu iddia edir.

Bu barədə növbəti materialımızda daha geniş informasiya verəcəyik. Bizi izləməkdə davam edin. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...