>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Xaləddin İsgəndərov Kəmaləddin Heydərova açıq savaş elan etdi

Xaləddin İsgəndərov Kəmaləddin Heydərova açıq savaş elan etdi
“Ölkədə, hər bir yerdə abadlıq işləri gedir. Biz də bununla bağlı layihələrimizi vermişik, işlər gedib… Baxıb görmüşük ki, ən çox buna tələbat var, bundan istəyirlər, biz də belə eləmişik. Mən də bunun tərkibini bilə bilmərəm. Sadəcə, baxmışam ki, sertifikatı var. Ona görə də qərar vermişik ki, binalarımız bu üzlüklərlə daha gözəl görünəcək, ondan binanın üzünə çəkmək lazımdır. Özünüz də görürsünüz ki, bu üzlüklərin görüntüsü necə də gözəl idi...

Mən Fövqəladə Hallar Nazirliyinin sertifikatına baxıb, razılıq vermişəm”.

Avropa.info xəbər verir ki, bunu “Yeni Müsavat”a müsahibəsində yanan bina və üzlüklərdən danışarkən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov deyib.

“Üzlüklər çəkiləndən sonra Fövqəladə Hallar Nazirliyi və digər əlaqədar qurumlar işə baxıb, onu təhvil aldılarmı” sualına cavabında isə başçı bildirib ki, onu şirkətlər özləri eləməlidirlər: “Bu, icra hakimiyyətinin işi deyil. Onlara işləməyə icazəni, lisenziyanı Fövqəladə Hallar Nazirliyi verir. Bu gün bütün tikintilərə icazəni həmin nazirlik verir”