>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

“BANK OF BAKU”DAKI ƏMƏLİYYATIN SİRRİ…- Rza Zərraba qarşı fakt toplanır?- MƏXFİ MƏKTUB

“BANK OF BAKU”DAKI ƏMƏLİYYATIN SİRRİ…- Rza Zərraba qarşı fakt toplanır?- MƏXFİ MƏKTUB
Dünən MTN-nin “Bank of Baku”da əməliyyat həyata keçirməsi ilə bağlı xəbərlər yayılsa da, daha sonra Bank informasiyanın doğru olmadığını açıqlamışdı.
Lakin günün sonunda məlum oldu ki, MTN “Bank of Baku”da həqiqətən əməliyyat keçirib və mətbuatda bankın rəhbərliyinin həbsi ilə bağlı yayılan xəbər də əsassız deyil.
Bu barədə hələ ki, rəsmi açıqlama olmasa da, yaxın günlərdə rəsmi mənbələrin “Bank of Baku”da baş verənlərlə bağlı ictimaiyyətə geniş məlumat verəcəyi də gözlənilir.
Bu arada dünəndən mətbuatda həmçinin “Bank of Baku”nun kimə məxsus olması ilə bağlı yazılar dərc olunur. Bankın səhmdarları ilə bağlı “Qafqazinfo”ya verilən rəsmi sənədlərdə bankın kimə məxsus olması öz əksini tapıb. Həmin sənədlər ötən ilin maliyyə hesabatlarını özündə əks etdirsə də, bankın saytında səhmdarların kim olması ilə bağlı bölmənin informasiyası silinib.
Bankın İdarə Heyətinin sədrinin 2013-cü il aprelin 18-də təsdiq etdiyi maliyyə hesabatında qeyd olunur: Məlum olur ki, Bankın səhmdarları 40 faiz payla “NAB Holdinq” şirkəti, 28,89 faiz payla “Azpetrol” neft şirkəti, 11,22 faiz payla Rafiq Əliyev, 10 faiz payla Bankın Müşahidə Şurasınn sədri Elçin Isayev və 9, 89 faiz payla “AZİNVEST” MMC-yə məxsusdur.
Daha sonra həmin hesabatda qeyd olunur ki, «NAB Holding»ə Nader Mohaghegh Oromi, Bahram Mohaghegh Oromi və Şahram Mohaghegh Oromi tərəfindən nəzarət edilir. Azpertol şirkətinin son səhmdarı isə Məmmədov İbrahim göstərilib.
“BANK OF BAKU”DAKI ƏMƏLİYYATIN SİRRİ…- Rza Zərraba qarşı fakt toplanır?- MƏXFİ MƏKTUB
Qeyd edək ki, “Azinvest” MMC-nin rəhbəri də sabiq nazir Fərhad Əliyevin qardaşı Rafiq Əliyevdir.

Bankın 40 faiz payla səhmdarı olan «NAB Holding»in adı isə tez-tez mətbuatda iranlı iş adamı və ötən həftə azadlığa çıxan Rza Zərabla hallanır. Məlumatlara görə, «NAB Holding»in sahiblərindən Şəhram Oromi Rza Zərrabın bacısının əridir.

Anne Darse291106-bigQeyd edir ki, “Bank of Baku” və Oromi qardaşları, habelə İranın Bakıdakı gizli şəbəkəsi barədə ABŞ-ın Bakıdakı səfiri olmuş Enn Dersi vaxtilə Vaşinqtona – Mərkəzi Kəşfiyyat İdarəsinə, Dövlət Departamentinə, Pentaqona və digər strukturlara 2009-cu ilin martında göndərdiyi məxfi teleqramda sensasion faktlar göstərmişdi. Həmin teleqramı 2011-ci ilin yayında WikiLeaks saytı yaymışdı.

Həmin sənəddə bildirilirdi ki, Oromi qardaşları da əslən Təbrizdəndir, hazırda Türkiyə vətəndaşıdır, Azərbaycan və İranda fəal biznes fəaliyyətləri ilə məşğuldur.
“BANK OF BAKU”DAKI ƏMƏLİYYATIN SİRRİ…- Rza Zərraba qarşı fakt toplanır?- MƏXFİ MƏKTUB
Diplomat məktubunda Rza Zərrabın bacısının əri Şəhram Oromi haqqında daha geniş məlumat verir: “Şəhram Oromi milliyyətcə azərbaycanlı olan iranlıdır. İran inqilabından sonra Türkiyə vətəndaşlığı alıb. Bununla belə, İranda təhsil alıb. O və qardaşı Bəhran 1988-ci ildə Türkiyədə “Dış Ticarət Limited” şirkətini təsis edib. İstanbulda yerləşən bu şirkətin Türkiyə, Yaxın Şərq və İranda geniş biznesi var.
1borBu şirkət Azərbaycanda da fəaldır. 1995-ci ildən şirkət “Hyundai” avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru olub. Mənbə deyir ki, Orominin biznes metodu müxtəlif ölkələrdəki nüfuzlu hökumət adamları vasitəsilə inhisar yaratmaq, rüşvət və hədiyyələrlə vəzifəli şəxsləri ələ almaq üzərində qurulub”.

Bu qardaşların adı sənəddə başqa bir iranlı iş adamı- Cəmşid (“Juşkar”) Mahmudoğlu ilə birlikdə keçir.
Cəmşid (“Juşkar”) Mahmudoğlu kimi göstərilən iranlının da milliyyətcə azərbaycanlı olduğu bildirilir. O və qardaşları Türkiyə vətəndaşlığı alıb: “Mahmudoğlu qardaşları əslən Təbrizdəndir, varlı ailədən çıxıblar, qızıl və valyuta alveri ilə məşğul olublar, ancaq İran inqilabından sonra biznesləri əllərindən çıxıb. Ailə Türkiyəyə qaçıb və bu ölkənin pasportlarını alıb. Onların Azərbaycan və Türkiyədəki biznes sövdələşmələrində tez-tez Oromi qardaşlarının adları da yer alır…
İki iranlı mənbə təsdiq edir ki, Cəmşid Mahmudoğlunun oğlu İranda keçmiş prezident, ayətullah Haşimi Rəfsəncaninin oğlu ilə biznes ortağıdır. Həmçinin Cəmşidin Azərbaycanın tanınmış biznes xadimləri və rəsmi şəxsləri ilə yaxın münasibətləri var. Çox güman ki, o, İran hakimiyyətinin təmsilçiləri üçün pulları yuyulması əməliyyatlarını, xaricdən lazım olan malların alınıb daşınmasını təşkil edir.”
“BANK OF BAKU”DAKI ƏMƏLİYYATIN SİRRİ…- Rza Zərraba qarşı fakt toplanır?- MƏXFİ MƏKTUB
Sənəddə bildirilir ki, Mahmudoğlu və Oromi qardaşları Dubayda “Silsila General Trading” adlı şirkət təsis ediblər, bu şirkət “NAB Group”un tərkibinə daxildir. Onlar Almaniyanın “Bosh” şirkətinin lisenziyası əsasında istilik sistemləri istehsal edir.

Azərbaycanda adı çəkilən şəxslər “Baku Electronics” şirkəti və “Bank of Baku” ilə ortaqdır. “Bank of Baku”nun əvvəllər iqtisadi inkişaf naziri Fərhad Əliyevin qohumlarına məxsus olduğu deyilirdi. Oromi qardaşlarından fərqli olaraq Cəmşid Mahmudoğlunun həmin bankda səhmdar olduğu bildirilir: “Mahmudoğlu və qardaşları “Bank of Baku”da iri səhmdarlardır. “Bank of Baku” bəzən türk bankı kimi də təqdim olunur.
Ş.Oromi “Bank of Baku”nun qurulmasına da kömək edib, bu bankda 1999-2007-ci illər ərzində məsul vəzifə tutub, ancaq bu yaxınlarda (2009-cu ildə-red.) bankdakı hissələrini nüfuzlu azərbaycanlıya satıb. 1beOrominin firmalarının İran rejiminin maraqları üçün işlədiyi bildirilir.
Şəhram Oromi həm də İranın Bakdakı keçmiş səfiri, hazırda bu ölkənin Ali Təhlükəsizlik Şurasında işləyən Əhəd Qəzayinin yaxın dostudur.

Teleqramda Enn Dersinin maraqlı başqa bir qeydi də yer alır: “Xalq Bank “Bank of Baku”nun keçmiş işçiləri tərəfindən qurulub. O, İran firmaları və biznesmenləri arasında çox populyardır. Həmçinin iranlılar “Royal Bank of Baku”(Royal Bank) ilə də sıx işləyir, bu bank əslən iranlı olan amerikalınındır”.

“Xalq Bank”la yaxın biznesi olan iranlı iş adamı kimi isə Adil Şərəbaninin adı çəkilir: “O, iranlı valyuta alverçisi və Tehranda “sıx əlaqələri” olan şəxsdir. A.Şərəbani əvvəllər İran Milli Bankında menecer işləyib, hazırda Bakıdakı “Xalq Bank”la yaxın biznesi var.
A.Şərəbani İranda müəmmalı şəraitdə müflis olduqdan sonra Bakıya köçüb. O, kifayət qədər varlı biridir və məlumatlara görə, İranın Fədailər Fondu (“Banyadeh Mostazafan” ) ilə işləyir. Bu fondun Azərbaycandakı biznesinə və investisiya 1fəaliyyətlərinə nəzarət edir. Fondun Bakıda yuyucu vasitələr, o cümlədən “Darya” sabunları istehsal edən fabriki var.
İranlı mənbənin dediyinə görə, onun dostu bu yaxınlarda (2009-cu il) Şərəbaninin İrandan daxil olan 5 milyon dollar nağd pulu “Bank of Baku”ya yatırdığını görüb, bu pullar kitablarda əks olunmayıb. Mənbə pulların Şərəbaniyə hansı məqsədlə verildiyini bilməyib.
İran rejiminə müxalif digər mənbə isə deyib ki, Şərəbani tez-tez “Bank of Baku”ya belə yatırımlar edir. İranlı biznesmen isə Şərəbaninin İran hakimiyyəti ilə yaxşı əlaqələri olduğunu, Tehran rejiminin pullarının yuyulmasını təşkil edən fiqur kimi tanındığını deyib”.

1rrrBu qeyd olunanlar “Royal Bank”ın bağladılmasının ardınca “Bank of Baku”da MTN-in keçirdiyi əməliyyatın təsadüfü olmadığını, hətta Vaşinqtonun istəyi ilə həyata keçirildiyini düşünməyə əsas verir. Hər halda Türkiyədə Rza Zərrab həsdən buraxıldıqdan qısa müddət sonra Bakıda onun baçısı oğlunun bankında (bəlkə də əsl sahibbi elə Rza Zərrabın özdür-müəl) əməliyyatın keçirilməsi bunun təsadüfü olması ehtimalını azaldır. Ehtimal ki, “Bank of Baku”da əməliyyatın aparılmasında məqsəd sanksiyalara rəğmən İranla tiçarət əlaqələrini davam etdirən, bu yolla əldə etdiyi böyük miqdarda “çirkli pulları” Türkiyədə və Bakıda “yuduğu” iddia edilən Rza Zərraba qarşı faktlar toplanmaq olub. Buna nail olunubmu, söyləmək çətindir?
AzPolitika.info