>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Qazaxda Babaşov Prezident siyasətini necə həyata keçirir?

Qazaxda  Babaşov Prezident siyasətini necə həyata keçirir?
Rəcəb Babaşovun Qazax Rayon İcra Hakimiyyətinə təyinatından aylar ötdükcə rayonda hər an görülən əsaslı işlərin sayı qat-qat artır. Şəhərə girəcəkdən ən son kəndinə kimi aparılan abadlıq –quruculuq işləri Qazaxa gələn qonaqları və yerli sakinləri heyrətə gətirir. Ağsaqqallar və ağbirçəklər ahıl yaşlarında rayonda inkişafın heç vaxt bu qədər olmadığını söyləyir, bu münasibətlə cənab Prezident İlham Əliyevə dərin hörmət və ehtiramlarını bildirirlər.
Hazırda Qazax rayonu iqtisadi, sosial və siyasi önəmdə sürətlə inkişaf etməkdədir. Televiziya və aparıcı mətbuat səhifələrində icra başçısı cənab Babaşovun yüksək formada diqqətəlayiq gördükləri işlər geniş işıqlandırılır, əsl Azərbaycan vətəndaşı miqyasında nümunə göstərilir. Yorğunluq, yuxusuzluq, aclıq və susuzluq bilməyən, rayonun hər bir nöqtəsinə diqqətlə yanaşan Babaşov Prezident qarşısında verdiyi sözə birmənalı şəkildə əməl edir.
Rəcəb Babaşovu millətə sevdirən ən böyük xüsusiyyətlərindən biri də vətəndaşlara verdiyi sözə əməl etməsidir. Buna el arasında “dilinin yiyəsi” də deyirlər. Təbii ki, bu da əksər dövlət məmurlarında olmayan bir şeydir. Məmuru da xalqın gözündən salan ən başlıca cəhətlərdən biri də budur. Sözlə işin vəhdəti yeganə amil olanda, əlbəttə ki, məqsədə vaxtında çatılır.Bu rayon sakinlərinin ümdə fikridir.
Bəribaşdan onu da bildiririk ki, Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər müxalifət nöqteyi-nəzərindən qaynar rayon hesab edilən Qazaxda artıq hər kəs yalnız Prezident cənab İlham Əliyevin uğurlu siyasətini dəstəkləyir, ölkəmizin inkişafı naminə hər vaxt köməkliklərini əsirgəmirlər. Deyərdik ki, bu da Qazax RİH-nin başçısı Rəcəb Babaşovun öz siyasəti, bacarığı, işgüzarlığı ilə qazaxlılara sevdirməsi, onların məhəbbətini qazanmasının məhsuludur. Onu da deyək ki, bu il sentyabrın 23-də Bakıda “Məhsul” stadionunda Milli Şuranın keçirdiyi “ölü” bir mitinqdə bütün rayonlardan tam fərqli olaraq, 1 nəfər də olsun Qazaxdan adam iştirak etməmişdir. Bunun özü də Babaşovun dövrü üçün yeni bir nəticədir.
İcra başçısının 1 il 4 ay ərzində gördükləri işləri artıq sadalamaq mümkün deyil. Hətta kənd təsərrüfatı məhsullarının əldə edilməsində də uğurlu nəticələr var. Min hektarlarla əkilən kartof, soğan, çuğundur, taxıl, müxtəlif adda tərəvəz məhsulları həm rayonun , həm də ölkənin daxilində əhalinin xidmətinə çevrilb.
Rayonun 1-2 kəndi olar ki, orada da asfalt döşəmə olmasın. Qazaxın Kommuna kəndində artıq asfaltlanma başa çatmaq üzrədir. Bu işlərin sona kimi tezlkilə aparılması günün aktual mövzusudur. Şəhərdə olduğu kimi kəndlərdə də uşaq baxçalrına diqqətlə yanaşılır. Kosalr, Daş Salahlı və Xanlıqlar kəndində baxçalrın əsaslı təmiri sona çatmaq üzrədir. Hər bir baxça lazımi əşyalarla da təmin edilir. Baxçalarda fəaliyyət göstərən tərbiyəçilərin özü də diqqət mərkəzindədir. Onlara gənc nəslin məktəbəqədər dövründə xoş və firəvan böyüdülməsində ciddi tövsiyyələr verilir. Yəni, baxça sistemi tam nəzarətə götürülüb.
“Təhsil millətin gələcəyidir” ifadəısinin çarçısı olan böyük Heydər Əliyevin kəlamını əziz tutan Rəcəb Babaşov rayon təhsilinin və Qazaxda yerləşən ali və orta ixtisas məktəblərində keçiriləcək dərslərin keyfiyyətinə də nəzarət edir, tez-tez onlrın arzu və tapşırıqlarını yerindəcə həll edir. Dərs ilinin başlanğıcı zamanı Rəcəb Babaşovun BDU-nun Qazax filialında, Qazax Dövlət Sosial-İqtisadi Kollecində, Qazax Şəhər litseyində və bir sıra məktəblərdə keçirdiyi görüşlər deyilənləri təsdiq edir. Qazax Kən Təsərrüfatı Texnikumunun bazası üzərində 15 ildən artıq vaxtdır ki, fəaliyyət göstərən Qazax Dövlət Sosial-İqtisadi Kolleci yerləşdiyi binada nə istilik sistemi, nə də elektron kitabxana yox idi. Kollecin binasını bu yaxınlarda qarış-qarış gəzən icra başçısının səyi nəticəsində tezliklə 10 minlərlə dəyəri olan istilik sisteminin quraşdırılmasına, tələbələrin bilik, təlim və tərbiyəsinin yüksəldilməsi üçün elektron kitabxananın təşkili üçün qəti göstəriş verib. Hazırda qış fəsli düşməmiş istlik sisteminiin başa çatdırılıması üçün ciddi işlər gedir.
Babaşova qədər fundamenti tökülsə də, lakin tikilişi dayandırılmış Qazax Mərkəzi Xəstəxanasında sürətli işlər gedir. Gələn ilin may ayına qədər Qazax sakinlərinin istifadəsinə veriləcək mərkəzi xəstəxana binasının tikintisinin də səbəbkarı birbaşa Rəcəb Babaşovdur.
Yaxın zamnlarda Qazaxa gəlişi gözlənilən Prezident cənab İlham Əliyevin qazaxlıların istifadəsinə verəcəyi “Azərxalça” istehsalat fabriki, 20 qrupluq 3 mərtəbəli möhtəşəm uşaq baxçası da Babaşovun Qazaxa gəldiyi az bir müddətdə gördüyü böyük işlər sırasındadır.
Rayon ictimaiyyətinin bildirdiyi kimi, rayonda korrupsiya və rüşvətə “yox!” deyilib. Məqsədli şəkildə süründürməçiliyə də son qoyulub. Xırda bir arayış üçün idarə, müəssisə qapılarını dəfələrlə döyəcləmək yox səviyyəsindədir. İşsizlik problemi də günbəgün aradan qaldırılır. Şəhid ailələrinə, məcburi köçkün, qaçqın, Qarabağ əlillərinə, tənha qocalara, kimsəsizlərə rayonda hərtərəfli qayğı göstərilir, hər bir ərizə və təkliflərinə diqqətlə yanaşılır.
Qazax gəncləri də hər zaman icra başçısı Rəcəb Babaşovun nəzərindədir. “Açıq qapı” günlərini günün istənilən vaxtında keçirən Babaşov vətəndaşların ərizə və şikayətlərini gecikmədən cavablandırır. Qanunda ərizə və şikayətlərə uzağı 30 gün müddətində baxılması müəyyənləşdirildiyi halda, Babaşov 2, uzağı 3 günə cavab verir. Həm də Babaşov kəndbəkənd gəzərək hər bir vətəndaşı yerindəcə dinləyir, çatışmayan nəsə bir problem yarandıqda tezliklə həll edilməsinə çalışır.
İcra başçısı Babaşov icra aparatına gətirdiyi kadrların əksəriyyətini gənclər təşkil edir. Sağlam əqidəli gənc kadrlar icra başçısının xətti ilə rayon sakinlərinin arasında olur, sakinlərin sorğu və istəklərini yerində cavablandırırlar. Bu da məmur və vətəndaş bağlılığını sübut edir.
Rayonun sərhəd kəndləri də hər gün demək olar ki, Rəcəb Babaşovun gəzinti sahəsinə çevrilib. Yerli sakinlərlə görüşür, problemlərinin həllinə çalışır, mənfur düşmənlərimzlə daban-dabana dayandıqlrı üçün onlara səmimi arzularını bildirir.
Babaşovun bu enerjisinə, möhkəmliyinə, canıyanıcıllığına və iradəsinə görə həsəd aparan qazaxlılar belə bir insanın ətrafında sıx birləşiiblər. Babaşov qazaxlılar üçün doğma bir vətəndaşa çevrilib.
Haşiyə: Rəcəb Babaşovun Qazax üçün yorulmadan gecəli-gündüzlü çalışmasını istəməyən, Prezidentə sadiqliyini gözü götürməyənlər də var. Bəzi mətbu orqanlara və saytlara olmazın və cəfəngiyat yazılar ötürür, görülən yüksək səviyyəli işlərə ləkə yaxmağa çalışırlar. Əksinə, Rəcəb Babaşov kimi bacarıqlı, yüksək intellektual səviyyəli, el qədrini bilən insanın, icra başçısının iş təcrübəsi respublikada geniş yayılmalıdır.
Ancaq görülən işlərə həsəd aparan Qazax sakinləri artıq söz-söhbətlərə, dedi-qodulara fikir vermir, inanmır, rayonda həqiqətə, təmizliyə inanırlar. Günbəgün gedən böyük inkişafın vurğunu olur , Prezident İlham Əliyevə belə bir insanı Qazaxa göndərdiyi üçün hər vaxt ona minnətdarlıqlarını bildirir, doğma Azərbaycanımızın çiçəklənməsi naminə can sağlığı, uzun ömür arzulayırlar.
İlham Hacalı