>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Eynşteynin irqçi fikirləri dərc olundu – Çinlilər pinti və küt insanlardır

Eynşteynin irqçi fikirləri dərc olundu – Çinlilər pinti və küt insanlardır
Prinston Universitetinin nəşriyyatı ilk dəfə Albert Eynşteynin yol qeydlərini dərc edib.

Teleqraf.com xəbər verir ki, yol qeydləri 1920-ci illərdə dahi alimin Asiyaya səfəri əsnasında yazılıb və özündə müxtəlif yerli xalqlarla bağlı irqçi fikirləri daşıyır.

Bu barədə “Guardian” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, fizik 1922-ci ilin oktyabrından 1923-cü ilin martınadək Çin, Yaponiya, Şri-Lanka və Hindistanda olub.

Sonradan irqçiliyi “ağ insanların xəstəliyi” adlandıran Eynşteyn yol qeydlərində çinliləri “çalışqan, pinti və küt insanlar” kimi xarakterizə edir. O qeyd edir ki, çinlilər yemək zamanı stulda oturmurlar, yerdə çöməlirlər. Avropalılar isə meşədə dincələrkən belə edirlər.

Çinliləri mühakimə edən Eynşteyn yazır: “Onlar özünəməxsus qaba, qanmaz xalqdır. Daha çox avtomata bənzəyirlər, nəinki insana. Çinlilər digər xalqları sıxışdırsalar, bu, kədərli olacaq”.

Seylonda yaşayanları müşahidə edən fizik qeyd edir ki, yerli insanlar “böyük çirkab və kəskin üfunət” içində yaşayırlar: “Onlar az işləyir və az tələb edirlər. Həyatın iqtisadi tsikli çox bəsitdir”.

Eynşteyndən daha yaxşı qiymətləndirməni yaponlar alıb. Fizik yaponları “təvazökar, alicənab, nizam-intizamlı və tamamilə valehedici insanlar” adlandırıb.