>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Şah Abbas arakanlıları belə xilas etdi - Möhtəşəm taktika

Şah Abbas arakanlıları belə xilas etdi - Möhtəşəm taktika
Son aylarda zaman-zaman dünyanın diqqətini cəlb edən hadisələrdən biri də Myanmanın Arakan vilayətində yüzlərlə müsəlmanın buddist qruplaşmaların hücumları nəticəsində qətlə yetirilməsidir. Bu hücumlar, xüsusən ötən ilin sonlarında daha amansız və qanlı xarakter alıb. Dünya mətbuatı bu zülmü görməzdən gəlsə də, zaman-zaman Türkiyə, Azərbaycan və başqa müsəlman ölkələr böhrana diqqət çəkir. Qardaş ölkənin lideri Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl keçirilən Dünya Müsəlman Azlıqlar Zirvəsində çıxışı zamanı Arakan faciəsini yenidən xatırladıb.

Əsrlər boyu zülmə məruz qalan arakanlılara yardım əlini uzadan nadir şəxsiyyətlərdən biri də Azərbaycanın qüdrətli sərkərdəsi II Şah Abbas olub.

Kult.az xəbər verir ki, bu barədə amerikalı tarixçi C.Hobbins “Güclü İslam İmperiyaları: Səfəvi, Osmanlı və Moğol” kitabında yazıb. O, II Şah Abbasın arakanlıların xilası üçün düşündüyü dahiyanə və sadə taktikanı bu cür qələmə alıb:

“17-ci əsrdə ingilislərin müstəmləkə təşkilatı olan Ost-Hind şirkəti Şərqdə talanlar, zülmlər törətmişdi. Bu şirkətin zülmünü çəkən ölkələrdən biri də Mrauq-Arakan dövləti idi. İngilislər tez-tez bu bölgəyə gəmilərlə gəlir, talan və qətliamlar törədib geri qayıdırdı. Arakan dövləti yardım üçün bir çox ölkəyə məktub yazır və yalnız Azərbaycan Səfəvi İmperiyasından müsbət cavab alır. II Şah Abbas Səfəvi onlara yardım edəcəyinə söz verir. Artıq ingilislər orda bir neçə dəfə qətliamlar etmiş və xeyli mal qarət etmişdi. Arakanlılar hərbi qüvvə və top-tüfəng gözlədiyi halda Səfəvi elçisi onlara çoxlu bayraq və Səfəvi ordusuna aid geyimlər (həmçinin atlara, fillərə aid) verir. II Şah Abbasın fikri bu idi ki, göndərilənləri geyinən və bayraq tutan arakanlıları uzaqdan görən Ost-Hind döyüşçüləri orada Səfəvi qoşununun olduğunu zənn edəcək və qorxub geri çəkiləcək.

Belə də olur. Gəmilərlə yaxınlaşan ingilislər Qızılbaş geyimli insanları və Qızılbaş bayrağını gördükdə geri çəkilirlər. Bunu görən Arakan dövləti çox sevinir və hətta Səfəvilərin vassalı olmaq istəyir. Lakin II Şah Abbas yardımının təmənnasız olduğunu bildirərək, təklifi rədd edir.

Bu hadisədən sonra ingilislər 200 il boyunca Arakana toxunmadı. İngilislərin sonrakı gəlişində isə artıq Səfəvilər tarixə qovuşmuşdu”.