>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Bahar Səmindən yeni şeer toplusu

Bahar Səmindən yeni şeer toplusu
Şairə Bahar Səminin yeni şeer toplusu çapdan çıxır. Şairə yeni şeer toplusunda önsözü belə başlayır:
"Şeir yağış yağarkən torpağa düşən damlalarınyerlə təmasından yaranan pıçıltıya bənzəyir. Suya həsrət torpaq göydən gələn o damalarla susuzluğunu dəf etdiyi kimi, sevən insanlar da ilahidən gələn sözlərlə öz aliliyini, ilahiliyini dərk edir, poeziya ilə, şeir ilə. Şeri sevənlər anlayır. Sevgidən məhrum olanlar bu gözəlliyi dərk etməkdən
çox uzaqdırlar. Şeir işığın dərki, ruhun qidasıdır. Bu kitabımdakı yeni şeirlərimlə sizin ruhunuzla danışacam, əziz oxucularım.
Nəsr isə insan həyatının görünən və görünməyən tərəflərinin bədii ifşasıdır. Yazılarımda sizə insan yaşantının məqamlarından danışacam, mənəvi təlatümlərindən söhbət açacam. Nağıllar da sizin üçün maraqlı olacaq. Sizi nağıl dünyama aparacam."
Tapılmır
Göylər sükut edir, zirvələr susur,
Bu dərin yuxunun dibi görünmür.
Nə layla deyəni doğma anadır.
Sərxoş gəzənlərin hansı atadır?!
Bu yalan dünyaya yetim doğulan,
Hansı insan mənə bacı-qardaşdır?!
Min ildir suallar yorub başımı,
Min ildir suala cavab tapılmır.
Dünyada belə çox insan olsa da
Dərdimi deməyə insan tapılmır.
Teref.info
Tahirə