>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

TARİXİN VƏ TALEYİN İSTEHZASINA BAX – 9 MAY HƏLƏ DƏ BAYRAMDIR !!!

TARİXİN VƏ TALEYİN İSTEHZASINA BAX – 9 MAY HƏLƏ DƏ BAYRAMDIR !!!
Mehriban VƏZİR:
“Qəlbim ən qəddar düşmənimizin qələbəsi naminə axıdılan qanlar üçün acı bir qüssə ilə doludu.
Bu düşmən torpaqlarımızda Ermənistan yaratdı, Qarabağı əlimizdən alıb ona verdi, 20 yanvar, Xocalı törətdi… Halımıza bax… Biz isə onun yolunda qanımızı axıtdıq… İşdə, kölə taleyi…”
TARİXİN VƏ TALEYİN İSTEHZASINA BAX – 9 MAY HƏLƏ DƏ BAYRAMDIR !!!
Özbəkistandan bir tanışım xoş mesajlar, rəngarəng şəkillər, qələbə rəmzləri ilə məni təbrik edir. Təəccüblə şəkillərə baxdım. Xatırladım ki, 9 may sovetlərin qələbə günü imiş.

Hər kəs kimi mənim də nəslimdən bu müharibənin iştirakçıları var, hətta sovet ittifaqı qəhrəmanımız belə var.

Qəlbim ən qəddar düşmənimizin qələbəsi naminə axıdılan qanlar üçün acı bir qüssə ilə doludu.

Bu düşmən torpaqlarımızda Ermənistan yaratdı, Qarabağı əlimizdən alıb ona verdi, 20 yanvar, Xocalı törətdi…
TARİXİN VƏ TALEYİN İSTEHZASINA BAX – 9 MAY HƏLƏ DƏ BAYRAMDIR !!!
Bütün bunlardan əvvəl Cavad xanı və oğullarını döyüşdə öldürdü. Gəncə qalasını çökdürdü, əhalisini qılıncdan keçirdi. İbrahim xanı böyük ailəsi, xanımları, övladları, xidmətçiləri, dayələri ilə bir yerdə gecəylə, namərdcə basqın edib evində qətliam törətdi.

TARİXİN VƏ TALEYİN İSTEHZASINA BAX – 9 MAY HƏLƏ DƏ BAYRAMDIR !!!
1922-23-cü illərədək indiki Azərnəşr binasının yerində keçmişdən qalmış bir sütun (obelisk) ucalırdı. O, Bakını işğal etmək istərkən Bakı xanı Hüseynqulu xanın adamları tərəfindən öldürülmüş knyaz Sisianovun xatirəsinə ucaldılmışdı.
Bakı qalası qarşısında qətlə yetirilmiş Sisianovun intiqamını almaq üçün İçərişəhər əhalisinə divan tutdu.
TARİXİN VƏ TALEYİN İSTEHZASINA BAX – 9 MAY HƏLƏ DƏ BAYRAMDIR !!!
Şəki üsyanlarını yatırtmaq üçün onlarla kəndi yerlə yeksan etdi, Sibirə sürdü, nəsillərini kəsdi. Digər xanlıqlar, obalar, ellər və nəsillər də eyni taleyi yaşadı rus istilasında.

Bolşevik istilası ilə Azərbaycanın əhalisini yarıbayarı məhv etdi. Tək Gəncədə Gəncəçay sahilinə 12 min insan düzüb güllələdi, Gəncəçay 3 gün qan axdı.

Bolşeviklər yandıra-yandıra Qarabağa gəldi, tək-tək deyil, ev-ev deyil, kənd-kənd yandırdılar. Körpələrə, qadınlara, qocalara… hətta heyvanlar belə aman vermədilər.
Tarixi-mədəni keçmişimizi, abidələrimizi məhv etdilər, qalalarımızı, arxivlərimizi, kitablarımızı, kitabələrimizi yandırdılar.
Tariximizi sildilər. Tariximizlə bir yerdə mədəniyyətimizi, mənəviyyatımızı zədələdi Rusiya.
Cümhuriyyətçilərimizin, o dahi insanlarımızın nəslini kəsdi.
20-ci ilərdə say-seçmə insanları məhv etdi. Təəssüf ki indi də 20-ci ilərdə məhv edilənlərin adı heç bir yazıda, heç bir araşdırmada çəkilmir.
37-də 28 min insanı gülllələdi, yüz mini sürgün elədi.
Halımıza bax…
Biz isə onun yolunda qanımızı axıtdıq.
İşdə, kölə taleyi…
TARİXİN VƏ TALEYİN İSTEHZASINA BAX – 9 MAY HƏLƏ DƏ BAYRAMDIR !!!
88-dən bu yana milyon qaçqın hədiyyə etdi bizə. Varidatımızı sümürdü. Ölkəmizdə ədalətə, demokratiyaya, təhsilə, elmə, böyük şəxsiyyətlərə, eləcə də gələcəyimizə düşmən kəsildi.

Rusiya eyni şeyləri işğal etdiyi bütün ölkələrə, xalqlara yaşatdı. Türk millətinə qarşı isə daha qəddar, daha amansız oldu.

Biz isə onun yolunda qanımızı axıtdıq. Sel kimi axıtdıq…
Taleyin istehzasına bax;
TARİXİN VƏ TALEYİN İSTEHZASINA BAX – 9 MAY HƏLƏ DƏ BAYRAMDIR !!!
Eyni taleyi yaşamış özbək məni qələbə günü münasibəti ilə təbrik edir.
Mənim ölkəmdə qələbə günü hələ də iş günü deyil, bayramdır.
Həqiqətən, acı istehzadır.
ps-nota.