>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Novxanı sahilləri işğalda: başçı sotunu 10 mindən satır – Fotolar

Novxanı sahilləri işğalda: başçı sotunu 10 mindən satır – Fotolar
Novxanı sahilləri işğal altındadır. Sahil boyunca çimərliklər restoranlar tərəfindən zəbt olunub. Novxanı Sumqayıtın ərazisinə daxil edildikdən sonra bu tikintilər sürətlənib.

Şəhərin icra başçısı Zakir Fərəcov dəniz sahillərində sadə insanların istirahəti üçün yer qoymayıb. Hazırda boş qalan ərazilər də satılıb və tikinti işləri gedir.

AzEuroNews.com üçün ərazidən çəkiliş apararkən yeni tikintilərin şahidi olmuşuq. Obyektlər sahilləri elə mühasirəyə alıb ki, çimərliklər üçün yer qalmayıb.

Novxanı sahilləri işğalda: başçı sotunu 10 mindən satır – Fotolar
Sumqayıt ŞİH Novxanıda torpaq almaq istəyənləri incitmir, pulunu ver, yerini al. Nəticədə çimərliyə getmək üçün restoranların içindən keçməlisən. Buna da icazə verilmir.

Əslində tikintilər aparılarkən çimərliklərə yol saxlanmalıdır. Ancaq Z.Fərəcovun özünə məxsus olduğu iddia edilən “Kalyon” restoranı da daxil olmaqla Novxanıdakı istirahət mərkəzləri çimərliklərə girişi yasaqlayıblar.

Bundan əlavə, Novxanıda torpağın sotunun qiyməti üç kateqoriyaya bölünür. Dənizə yaxınlıq məsafəsi nəzərə alınaraq məbləğlər dəyişir.

Öyrənmişik ki, dənizə daha yaxın yerdə torpağın sotu 8-10 min manatdır. Dənizdən uzaqlaşdıqca sotu 5-7 min arasında almaq mümkündür.

Novxanı sahilləri işğalda: başçı sotunu 10 mindən satır – Fotolar
Ona görə də 1-2 ilə Novxanıda torpaq tapmaq belə olmayacaq. Dəniz hasarlanıb, çimərliklərə giriş qadağandır, tikintilər sahil boyunca genişlənir, kəndin hər tərəfindən hündür malikanələr boylanır.

Bir müddət qabaq dənizkənarını hasarlayanların cəzalandırıldığı, hasarların söküldüyü xəbərləri tirajlanırdı.

Sonra məlum oldu ki, hasarlar bir neçə metr geri çəkilib və tıxaclara görə yol genişləndirilib. Faktiki Novxanı sahilləri zəbt olunmaqdadır.

Novxanıda yaşayanlar isə sual edirlər ki, dənizin içində öünə “Kalyon” restoranı tikdirən icra başçısı başqalarının obyektlərini necə sökdürə bilər?!
Novxanı sahilləri işğalda: başçı sotunu 10 mindən satır – Fotolar

“Qardaş, bilmirəm kimlərdir, amma dənizi bizə çox görürlər. Burada hər yer tutulub! Bəs biz hara gedək indi? Niyə kimlərinsə pul qazanmaq istəyi biz vətəndaşların hüquqlarının pozulması ilə nəticələnməlidir?”, – deyə Novxanı sakini Cavad deyir.

Qeyd edək ki, torpağın qanunsuz zəbt edilməsi ilə Cinayət Məcəlləsinin (CM) 188-ci (Torpaq üzərində mülkiyyət hüququnu pozma) maddəsi ilə cinayət məsuliyyəti yaradır.

Cinayət Məcəlləsinin (CM) 188-ci (Torpaq üzərində mülkiyyət hüququnu pozma) maddəsinin tələbini pozanlar yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Novxanı sahilləri işğalda: başçı sotunu 10 mindən satır – Fotolar
Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq…