>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Muxtar Babayevdə “təmizliyə“ başlayır – Rövşən Cəlilov gedir

Muxtar Babayevdə “təmizliyə“ başlayır – Rövşən Cəlilov gedir
Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərində baş verən kadr islahatlarının yaxın günlərdə Ekologiya və Təbii Sərvətlər nazirliyinə keçəcəyi bildirilir.

Bu barədə AzFakt.com-a verilən məlumatda qeyd edilir ki, yeni təyin edilmiş Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev yaxın günlərdə kadr islahatlarına start verəcək. Nazirlik içindən verilən məlumatda bildirilir ki, Muxtar Babayevin vidalaşcağı ilk kadrlardan biri sələfi Hüseynqulu Bağırovun ən yaxın adamlarından olan, nazirliyin Aparat rəhbəri Rövşən Cəlilovdur.

Məlumata görə, artıq Rövşən Cəlilova könüllü şəkildə ərizəsini yazmaq tövsiyyə olunub.

Qeyd edək ki, uzun müddətdir Ekologiya və Təbii Sərvətlər nazirliyində Aparat rəhbəri vəzifəsini icra edən Rövşən Cəlilov eks nazir Hüseynqulu Bağırovun ən yaxın kadrlarından biri idi. Hətta nazirdən sonra qurumun ikinci “nazir”i adlandırılan Rövşən Cəlilov bir çox maliyyə məsələlərinə və kadr dəyişikliklərinə nəzarət edirdi.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.