>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Abşeronda başçıdan narazılıq, müavinindən isə razılıq edirlər - TƏFSİLAT

Abşeronda başçıdan narazılıq, müavinindən isə razılıq edirlər - TƏFSİLAT
Paytaxta yaxın olmasına baxmayaraq qanunlardan uzaq düşən, məmur özbaşnalıqlarından əziyyət çəkən Abşeron rayonunda problemlər tükənmək bilmir

Dəfələrlə ciddi tənqid olunmasına baxmayaraq rayon rəhbərliyi nəinki vəziyyəti düzəltmir, əksinə gündən-günə Abşeronda sosial-iqtisadi vəziyyət ağırlaşır. 2015-ci ilin sentyabr ayının 2-də bu vəzifədə Zakir Fərəcovu əvəzləyən İradə Gülməmmədovanı rayona yad kadr hesab etmək olmaz. Əmək fəaliyyətinin böyük qismi bu rayona bağlı olan İ. Gülməmmədova icra başçısı təyin ediləndən sonra Abşeronun problemləri nəinki azaldı, hətta daha da artdı desək yanılmarıq. Hər halda rayondan daxil olan çoxsaylı şikayətlər belə düşünməyə əsas verir.

Tendensiya.com xəbər verir ki, mediada dəfələrlə İ. Gülməmmədovanın başçı təyin olunmasından sonra Abşeronda tikinti işlərinə görə alınan “haqq”ın artması ilə bağlı xəbərlər yayılıb. Şikayətçilər bildirir ki, hazırda rayonun Saray, Mehdiabad, Qobu, Hökməli, Güzdək, Ceyranbatan, Digah, Aşağı Güzdək qəsəbələrində və Masazır, Məmmədli, Novxanı, Fatmayı, Görədil kəndlərində ev tikmək istəyənlər lazım olan qədər vəsaiti ödədikdən sonra istədikləri evi tikə bilirlər. Məbləğ isə tikilinin mərtəbələrinin sayından asılı olaraq 3-10 min manat arasında dəyişir. Bildirilir ki, “tikinti biznesinə” rəhbərlik icra başçısının bacısı oğlu Babək Zalıyevin əlində cəmlənib. Onun razılığı olmadan rayonda daşı daş üstə qoymaq mümkün deyil. Ümumiyyətlə rayonda əksər sahələrdə həlledici mövqelər icra başçısının qohumlarının əlindədir. Rəsmi və ya qeyri-rəsmi mövqelərindən istifadə edərək bütün sahələrdə nəzarəti ələ keçirən başçının qohumları iş adamlarını, sahibkarları sıxışdırır, onların normal fəaliyyətinə maneçilik törədirlər.

Rayonun, daha doğrusu Xırdalan şəhərinin sosial problemlərinin həlli istiqamətində əsaslı işlər görülməyib. Şəhərin kommunal problemləri ilə bağlı vəziyyət dözülməz həddədir. Bununla bağlı Xırdalanda yaşayan tanınmışlar dəfələrlə problemləri işıqlandırıblar. Amma vəziyyət düzəlmək əvəzinə getdikcə pisləşməkdədir. Göründüyü kimi, Abşeron rayonunda həllini gözləyən problemlər istənilən qədərdir. Ancaq, bunların qısa müddətdə həll olunacağına ümid yoxdur. Hər halda mövcud vəziyyət bunu sübut edir.

Xırdalan sakinləri, xüsusi ilə iş adamlarının Tendensiya.com-a verdiyi məlumata görə, problemlərlə bağlı dəfələrlə icra başçısının diqqətinə çatdırıblar. Lakin İradə Gülməmmədova rayon sakinlərinin şikayətlərini həll etməyib. Bu baxımdn Abşeron sakinlərinin icra başçısından narazılığı fonunda mediada İradə Gülməmmədovanın sərt tənqid olunmasını başa düşmək olar.

Rayon sakinləri İradə Gülməmmədovanın icra başçısı kimi fəaliyyətindən narazı olsalarda Abşeron rayon İcra Hakimiyyətinin I müavini Məhəmməd Həsənovdan razılıq edirlər. Belə ki, Məhəmməd Həsənovun rayonun problemlərinin həllində daha çox çalışdığı, sakinlərin müraciətlər və şikayətlərinə imkan daxilində daha tez həll baxdığına görtdiyinə görə Bu baxımdan da Məhəmməd Həsənovun rayon sakinləri arasında böyük hörməti var.

Tendensiya.com-a daxil olan məlumata görə, Abşeron sakinlərinin bir qrupu (Ziyalılar, iş adamları və s. -red) yaxın zamanlarda dövlət başçısı İlham Əliyevə müraciət edərək İradə Gülməmmədovanın fəaliyyətindən narazı olduğunu bildirməklə yanaşı rayonun problemlərini effektiv həll olunması üçün təcili tədbirlər görülməsini dövlət başçısından xahiş edəcəklər.