>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Bu gün general , İçkeriya Çeçen respublikasının ilk prezidenti mərhum Cövhər Dudayevin ad günüdür!!

Bu gün general , İçkeriya Çeçen respublikasının ilk prezidenti mərhum Cövhər Dudayevin ad günüdür!!
Çeçenistanı azadlığa qovuşduran Cövhər Dudayev 1944-cü ilin fevral ayının 15-də Çeçenistanın Yalho kəndində dünyaya gəlmişdir. Həyata gözünün açar-açmaz rus zülmü ilə qarşılaşmışdır
23 fevral 1944-cü ildə Sibirə sürgün edilərkən anasının qucağında 8 günlük körpə uşaq idi.

Uşaqlıq illərini Sibir çöllərində çətin şəraitdə keçirmişdir. Orta təhsilini burada almışdır. 1962-ci ildə Tambov ali hərbi təyyarə məktəbini və 1966-cı ildə də uzaq məsafəli təyyarələr üçün pilot və mühəndis hazırlama məktəbini bitirmişdir. 1974-cü ildə Qaqarin adına Aviasiya Akademiyasını bitirən Dudayev birinci dərəcəli pilot və mühəndis rütbəsini qazanmışdır. SSRİ hökuməti tərəfindən 12 medal almışdır. Generallığa qədər yüksəlmişdir.
Sovet tarixində hava qüvvələrində ilk müsəlman general olmuşdur.
Çeçenistanın dövlət başçısı olmamışdan əvvəl Baltik respublikasında başlayan azadlıq hərəkatını yatırmadığı üçün üsyankar general kimi tanınmışdı. 1989-cu ildə Estoniyada Sovet Hərbi Hava Qüvvələrinin komandiri olarkən Baltik ölkələrində başlayan azadlıq hərəkatlarını hərbi yolla yatırmaq üçün Moskvadan əmr aldı. Ancaq bu əmrə “ Vətəninin azadlığı üçün mübarizə aparan bir xalqın üzərinə bomba atmaram” deyərək tabe olmadı. Moskvada bu itaətsizliyi həzm edə bilmədilər və Dudayevi cəzalandırmaq məqsədi ilə hərbi hissəsi ilə birlikdə Qroznıya sürgün etdilər. 1990-cı ildə o vəzifəsindən istefa etdi. Bundan sonra Rusiya bu “üsyankar” generalın öndərlik edəcəyi bir çox hadisələrə şahid oldu.
Cövhər Dudayev 1990-cı il noyabr ayında toplanan Çeçen Xalqının Qurultayına dəvət edildi. Sonra “Çeçen Milli Konqresi” adını alan bu xalq məclisinin icraiyyə şurasının sədri seçildi.
19-21 avqust 1991-ci ildə Qorbaçova qarşı başlayan uğursuz çevriliş təşəbbüsü zamanı çevriliş edənlərin əleyhinə çıxdı. Bundan sonra inqilabçılarla müttəfiq olan Çeçen-İnquş respublikası hökumətini devirmək üçün başlayan xalq hərəkatına rəhbərlik etdi. Demokratik qüvvələr, ziyalılar və bütün çeçen xalqı onu dəstəklədi. 27 sentyabr 1991-ci ildə keçirilən seçkilərdə 85% səslə Çeçenistanın prezidenti seçildi.
Rusiyanın 11 dekabr 1994-cü il tarixində Çeçenistana qarşı başladığı işğal və soyqırım hərəkatına qarşı Cövhər Dudayev “Axırıncı çeçen ölmədən ruslar ölkəmizə hakim ola bilməz” deyərək xalqına “cihad” əmrini verdi.
Dudayevin liderliyindəki çeçen xalqı iki ilə yaxın davam edən şanlı bir istiqlal mübarizəsi apardı. Sonda 1996-cı il may ayında Çeçenistan ruslardan təmizlənərək, Qafqaz tarixinə yeni bir qızıl səhifə əlavə etdi.
Çeçen xalqının mücahid lideri 21 aprel 1996-cı ildə sui-qəsdlə şəhid edildi...
Dudayevdən müsahibə almış Ağasi Hun deyir:
Cövhər Dudayev Azərbaycanlılar haqda: "Azərbaycanın mentaliteti, millətinin cəsarəti, əlverişli coğrafi şəraiti, çeçenlərdə olsaydı, mən dünyaya hökm edərdim".
Cövhər Dudayev Azərbaycana çox ümid bəsləyirdi. Azərbaycanı çox sevirdi. Mən onunla çox görüşmüşəm. Bir dəfə SSRİ-nin keçmiş daxili qoşunlar komandiri general Sufyan Beppayev, Balkar Türklərinin "TÖRE" təşkilatının başqanı Bahauddin Etyazov - üçümüz birlikdə Cövhər Dudayevlə görüşdük. Dudayev gözəl bir söhbət elədi. Dedi ki, mən Qarabulaqlıyam.Qarabulaqlılar rus-Qafqaz savaşında ruslara ən çox müqavimət göstərən türk xalqıdır. Bu gün İnquşetiyada Karabulak şəhəri var. Bir çox xalqları tamamən məhv edən rus dövləti Qarabulaqlıların da tamamən yer üzündən silinməsi üçün əmr vermiş və bu xalqın sağ qalanları dağlara çıxaraq, Vaynaxların arasında əridilər. Bu zaman Qarabulaq adını Çeçen və İnquşların arasında tayfa və toxum adı olaraq qoruya bildilər. Azərbaycanda və bir neçə türkdilli ərazilərdə Qarabulaq adlı kəndlər çoxdur. Eləcə də bu adda Çeçenistanda da həm tayfa, həm də kəndlər var. Dudayev dedi ki, mənim pasportumda çeçen yazılıb, qardaşımın pasportunda inquş. Amma mən əslən Qarabulaq türküyəm. Ancaq mən türk olduğumu indi açıq şəkildə bəyan edə bilmərəm. Bu, gələcəyin işidir.
Teref.info