>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Nigar Köçərli daha bir müraciət yaydı:"Mən bu replikanı, eləcə də Tale Heydərovun kitab mağazaları adından dünən yaydığı bəyanatı cavab kimi qəbul etmirəm."

Nigar Köçərli daha bir müraciət yaydı:"Mən bu replikanı, eləcə də Tale Heydərovun kitab mağazaları adından dünən yaydığı bəyanatı cavab kimi qəbul etmirəm."
Teref.info xəbər verir ki, “Əli və Nino” kitab mağazalarının sahibi Nigar Köçərli FHN-i Kəmaləddin Heydərova xitabən daha bir müraciət yayıb. Müaciəti sizə təqdim edirik:
Əziz dostlar!

Bizə dəstək verən, müraciətimi paylaşan, şərh yazan, zəng vuran minlərlə cəsarətli insanlara dərin təşəkkürümü bildirirəm!

“Hər hansı reaksiya oldumu” sualını verib, narahat olanlara: bəli, reaksiya olub – deyirəm. Cənab nazir Kəmaləddin Heydərovun köməkçisi Ramil müəllim mənə zəng vurub dedi: “Cənab nazir müraciətiniz ilə tanış olub. Biz araşdırdıq – sizin qardaşınızın mini-zavodu Göyçayda yox, Ağdaşda olub. Kitab mağazalarının isə cənab nazirə və ailəsinə heç bir aidiyyəti yoxdur”. Mən bu replikanı, eləcə də Tale Heydərovun kitab mağazaları adından dünən yaydığı bəyanatı cavab kimi qəbul etmirəm.

Bir daha hörmətli Fövqəladə hallar naziri, cənab Kəmaləddin Heydərova müraciət edirəm:
Sizin adınıza arxalanaraq mənim illər boyu, böyük zəhmətlə qurduğum kiçik biznesimi əlimdən alırlar. Çox böyük təəssüf hissi ilə qeyd edirəm ki, bu zorakılığın təəssübkeşi, təşkilatçısı sizin oğlunuz Tale Heydərovdur.

Kitab işinə yalnız biznes deyil, nəslimin, böyüklərimin gördüyü işin davamı olaraq Azərbaycan kitab mədəniyyətinə xidmət göstərmək kimi baxıram.

Mənim müraciətim məhz sizə ünvanlanıb və istəyimi çox konkret bildirmişəm: mənə, “Əli və Nino” mağazalarına toxunmasınlar. “Kitaba vermək istədikləri töhfəni” (с) bizim mağazalarımızın yerləşdiyi Mollardan kənarda gerçəkləşdirsinlər

Hörmətlə,
Nigar Köçərli
“Əli və Nino”
Teref.info olaraq qarşı tərəfin fikrinidə işıqlandırmağa hazırıq!
Teref.info