>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “keçəl, başını yudunmu?” siyasəti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “keçəl, başını yudunmu?” siyasəti
İnsan təbiətdən öyrənir, onun havası ilə pərvəriş tapır, ağıla dolur, zənginləşir, təzələnir, təmizlənir. Heydər Əliyev
Sozazadligi.org xəbər verir ki, Azərbaycan Respublikasında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqi əsas prinsiplərdir. Dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədi ilə 2007-2011-ci illərdə Dövlət başçısının rəhbərliyi altında “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” icra edilmişdir. Strategiyada həmçinin açıq hökumət prinsiplərinin tətbiqi üzrə mühüm tədbirlər müəyyən edilmişdir. Azərbaycan Respublikası düzgün idarəçiliyin, şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və beynəlxalq səylərə öz töhfəsini verə bilmək üçün ölkəmiz 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına qoşulmuşdur.

“Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər və 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın tərkib hissəsi olan, 2-ci “İnformasiya əldə edilməsinin təmin olunması” bəndində göstərilən vəzifələrin yerinə yetirilməsi istiqamətində apardığımız araşdırmadan sonra belə qənaətə gəldik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi birinci yerdədir. Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırovun rəhbərliyi altında görülən bu işlərə görə bir mətbu orqan olaraq öz minnətdarlığımızı bildiririk.

Cənab Nazirin gördüyü işlərə öz əməlləri ilə kölgə salmaq istəyənlərin məqsədi nədir?

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 22 noyabr 2001-ci il tarixli, 102 № li əmri ilə yaradılmış Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti haqqında əsasnamənin 5-ci və 6-cı bəndlərinə görə - ətraf Mühitin Mühafizəsi Departamenti Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinin fəaliyyətinə ümumi rəhbərlik edir, bu qurumların ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadəyə nəzarət sahəsində işini tənzimləyir və təhlil edir, həmçinin onların fəaliyyətinə nəzarət edir, departament təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəsissə və təşkilatlardan, ayrı-ayrı vətəndaşlardan Nazirliyin inzibati binalarında yerləşən növbətçi məntəqələrinə ünvanlanmış məlumatları qəbul edir və daxil olan məlumatların təhlil olunaraq, operativ qaydada aidiyyəti üzrə çatdırılmasını həyata keçirir və bu sahədə fəaliyyəti əlaqələndirmək departamentin əsas vəzifələrindən biridir.

Sual yaranır, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin İmişli rayonun, Bəhrəmtəpə qəsəbəsinin ərazisində baş vermiş qeyri-qanuni fəaliyyətlə bağlı tərəfimizdən verilmiş məlumata laqeyd yanaşmaqla cənab Nazirdən də hansı səbəblərdən gizlədilmişdir...?

Əsanamədən də göründüyü kimi Ətraf Mühitin Mühafizəsi Departamenti (direktor Xalıqverdi Hüseynov) bu məlumatı alan kimi təxirəsalınmaz tədbirlərin görülməsi istiqamətində Əsasnaməyə uyğun olaraq əməli işlər görməli olduqları halda susqunluqları ilə ətraf mühitin ciddi təhlükəyə məruz qalmasına və dövlət büdcəsinə küllü miqdarda ziyan vurulmasına şərait yaratmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “keçəl, başını yudunmu?” siyasəti
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “keçəl, başını yudunmu?” siyasəti
Keçən yazımızda qeyd etmişdik ki, Arazın sahilində baş verən “terrorla” bağlı ETSN-nə məlumat verəndə bizə bildirdilər ki, Dağ-Mədən işləri ilə bağlı yeni Qanun qəbul olunacaq və yeni Qaydalar tətbiq olunacaq. Bu şəkilləri çəkəndə özümə sual verdim ki, sahibkar bu qədər xammalı (şəkil telofonla çəkildiyinə sünii yaradılmış ballas dağının əzəmətini tam göstərə bilmirik) bir yerə yığmaqda məqsədi nədir? Çünki onun istehsal avadanlığı o qədər gücə malik deyil ki, xammalı mənbəyindən daşımaqla çatdıra bilməsinlər.

Sonradan apardığımız təhlillərdən belə nəticəyə gəldik ki, qeyri-qanuni yolla Arazın köksündən dəlinib çıxarılan bu xammala cəmiyyətin gözündə qanuni don geyindirmək üçündür.

Müvafiq İcra Hakimiyyəti orqanından Dağ-mədən işlərinin görülməsi üçün torpaq sahəsi icarəyə götürərək koordinatları müəyyən edildikdən sonra ETSN-nin müvafiq departamentindən rəy və illik iqtisadi-inkişaf plalanı alan sahibkar fəaliyyətə başlayır. Bu işin qanuni tərəfidir.



Bəs bu işlər necə gedir?

Bütün bunlarla bağlı yaranmış suallara gələn yazımızda cavab tapa biləcəksiniz.

Bizi izləməyi unutmayın.

Mövzu diqqətimizdədir.

Sozazadligi.org

Redaksiyadan: Yazıda adları keçən şəxs və qurumların mövqeyini dinləməyə hazırıq.

Gələn yazımızda:

Keçən yazımızda qeyd etdiyimiz qızıl saat kimə məxsus olan şəxsin adı...?

Tərəfimizdən verilən məlumatı təxirə salınmaz icrata götürməli olan departament, qanunları niyə kobud şəkildə pozmuşdur...SƏBƏBLƏRİ

Cənab Prezidentin “şah qanun deyil, qanun şahdır” kəlamını vecə almayanlar bu məmurlar naziri aldatmaqla kimə və ya nələrə xidmət etmiş olurlar...?
Teref.info olaraq adları çəkilmiş şəxs və qurumların mövqeyini işıqlandırmağa haırıq!
Teref.info
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “keçəl, başını yudunmu?” siyasəti
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “keçəl, başını yudunmu?” siyasəti