>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Kərəm Həsənov necə çökdürülür: “Əmlak kralı”nın imperiya süqutu

Kərəm Həsənov necə çökdürülür: “Əmlak kralı”nın imperiya süqutu
Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun bir çox obyektinin əlindən alındığından, komitə sədrinin ağır günlər yaşadğından bəhs etmişdik. Həmin məlumatda bildirmişdik ki, artıq “Həsənovlar İmperiyası”na son verilməsi prosesi başlanıb.
Əvvəl “Dalğa” itirildi
Məlumata görə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun 10-a qədər obyektinə əl qoyulub. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, hadisə bir müddət öncə baş verib. K.Həsənova məxsus olan 10-a qədər obyekt komitə sədrinin əlindən alınaraq digər bir gücün nəzarətinə verilib. Qeyd edək ki, komitə sədrindən alınan əmlakların dəyəri on milyonlarala manat həcmindədir. Onların arasında paytaxtın mərkəzində yerləşən obyektlərlə yanaşı, şəhərətrafı ərazilərdə yerləşən nəhəng kompleklər də mövcuddur. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Komitə sədrinin əlindən alınan obyektlərdən biri “Azneft” dairəsinin yaxınlığındakı “Dalğa” obyektidir. Hansı ki, dəyəri milyon manatlarla hesabanan bu obeykt Həsənovlar imperiyasının ən mühüm, “pulgətirən” obyektlərindən biri kimi tanınıb.
Daha sonra “Çinar Plaza” əldən getdi
Bundan başqa, komitə sədrinin Bakıətrafı kənd və qəsəbələrdə dəniz sahilində yerləşən bir sıra mühüm obyektlərinin də əlindən alındığı bildirilir. Bununla bağlı məlumatlı mənbənin cumhuriyyet.az-a verdiyi xəbərə görə Komitə sədrinin əlindən alınan obyektlrədən biri “Çinar Plaza”dır: “K.Həsənovun əlindən alınan bir neçə obyekt var ki, onlardan da biri “Çinar Plaza”dır. Xeyli sayda ofisin fəaliyyət göstərdiyi bu məkan hər zaman Həəsnovlar imperiyasının əsas mülklərindən biri hesab olunub. Dəyəri milyonlarla manat olan bu obyektlə yanaşı komitə sədrinin bir neçə iri obyektinə də əl qoyulub ki, yaxın gələcəkdə bu siyahının daha da genişlənəcəyi gözlənilir”. Mənbə həmçinin komitə sədrinə məxsus yüzlərlə obyektin ona yaxın olan bir neçə şxəsin adına sənədləşdirildiyini qeyd edib: “K.Həsənova məxsus obyektlərin böyük əksəriyyəti komitə sədrinə yaxın olan bir neçə adamın adına rəsmiləşdirilib ki, bunlardan da biri komitənin Xərai Rayon Şöbəsinin əməkdaşı Tahir Qarayevdir. K.Həsənovun T.Qarayevin adına sənədləşdirilən 25-ə qədər obyekti mövcuddur. Bundan başqa, Bibiheybət məscidinin arxasındakı sağlamlıq mərkəzi də onun adınadır. Bundan başqa, T.Həsənovun qaynınınK.Həsənovun əlindən alınan obyektlərlə yanaşı, onun öz obyektlərini kimlrin adına sənədləşdirdiyi ilə bağlı da maraqlı informasiyalar verib. Mənbənin məlumatına görə, K.Həsənov da adına çoxlu sayda mülklər rəsmiləşdirilib ki, onların gerçk sahibi K.Həsənovdur”.
Dəyirmanlar hədəfdədir
Bu günlərdə redaksiyamıza K.Həsənovla bağlı yeni informasiyalar daxil olub. Bilgili mənbədən cumhuriyyet.az-a daxil olan məlumata görə, K.Həsənova məxsus ticarət obyektləri ilə yanaşı, istehsalat müəssisələri, ictimai iaşə obyektləri də əldən çıxmaq üzrədir: “K.Həsənova məxsus təxminən 15-ə qədər dəyirman var ki, bu dəyirmanlardan komitə sədrinin ailə büdcəsinə hər ay böyük miqdarda vəsaitlər daxil olur. Hansı ki, son günlər K.Həsənovun əlindən alınan əmlakların siyahısına yaxın günlərdə bu dəyirmanların da daxil olacağı gözlənilir. K.Həsənov uzun illərdir ki, bu dəyirmanların idarəsini Şamo adlı şəxsə həvalə edib. Lakin iş adamların demək olar ki, hamsı bu dəyirmanların gerçək sahibinin K.Həsənovun olmasından xəbərdardır”.
Malik Həsənovon Zəfər adlı kadrı kimdir?
Mənbənin sözlərinə görə, K.Həsənov iri özəlləşdirmələri özünə yaxın hesab etdiyi məhdud sayda şəxslərə etibar edir ki, bunlarda biri də onun Zəfər adlı müavinidir: “İri özəlləşmələrin həyata keçirilməsinə birbaşa nəzarət edən K.Həsənov bu məsələdə çox az adama etibar edir ki, komitə sədrinin etibarını qazanan bu şəxslərdən biri də komitə sədrinin Zəfər adlı müavinidir. Məhz onun iştirakı və tövsiyyəsi ilə Bakıda və respublikanın bir çox bölgələrində onlarla iri obyektin özəlləşdirilməsi həyata keçirilib”. Mənbənin məlumatına görə, Zəfər adlı şəxsin karyerasının qəfildən parlamağında K.Həsənovun qardaşı Malik Həsənov müstəsna rol oynayıb: “Zəfər adlı şəxslə komitə sədrinin tanışlığı M.Həsənovun təşəbbüsü ilə baş tutub. Məhz qardaşının təqdimatına əsasən onu özünə müavin təyin edən komitə sədri,bəlli bir müddətdən sonra Zəfər adlı şəxsə böyük etimad göstərməyə başlayıb. Dəyəri milyonlarla ölçülən layihələrin reallaşmasında iştirak edən müavin bu gün də K.Həsənovun himayəsi altında kariyerasını davam etdirməkdədir. Lakin K.Həsənovun özünün taleyinin tükdən asılı olduğu indiki məqamda komitə sədrinin yaxın çevrəsinin də aqibətinin kifayət qədər qaranlıq görsəndiyi şübhəsizdir. Və istisna deyil ki, K.Həsənovun sayəsində səfa görənlər, müftə qazancın cəfasına da komitə sədri ilə birlikdə dözməli olacaq”.
Azərbaycanın “Əmlak kralı”nın başgiicəlləndirən kapital siyahısı
Komitə sədrinin Azərbaycandakı biznesi də yetərincə rənğarəng və çoxşaxəlidir. Bura restoranlar, əyləncə mərkəzləri, tikinti sektoru və sair sahələr aiddir. Həsənov rəhbəri olduğu Əmlak Komitəsinin səlahiyyətlərindən sui-istifadə edərək, bir çox obyektləri çox rahat şəkildə yaxınlarının adına su qiymətinə özəlləşdirə bilməsi, onu qısa zamanda Azərbaycanda ciddi kapital sahibinə çevirib. Cumhuriyyet.az olaraq xatırladaq ki, mediada dəfələrlə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun əmlaklarının ilkin siyahısı yayılıb. K.Həsənovun kapital siyahısında Fərhad Əliyevə bağlı əmlaklar da mühüm yer tutur. Belə ki, Kərəm Həsənov Fərhad Əliyevdin təkcə kreslosunu zəbt etməyib. Fərhad Əliyev həbs olunduqdan sonra Kərəm Həsənov onun nəzarətində olan obyektləri əlindən almağa başladı. Fərhad Əliyev aid “Mingəçevir Regenerat” ASC, “Mingəçevir Texniki Rezin” ASC, “Bakı Elektroavtomat” ASC, “Siyəzən Broyler” ASC, “Azərbaycan Aliminiumu” ASC, “Daşkəsən Filizsaflaşdırma” ASC, “Azərelektroterm” ASC, “Azərboru “ASC, “Bakıelektrikşəbəkə” ASC, “Sumqayıtelektrikşəbəkə” ASC ilə bağlanmış müqavilələr guya investorlar tərəfindən müqavilə şərtlərinin yerinə yetirilməməsi adı ilə ləğv olundu. Həmin müəssisələrin fəaliyyətinə Kərəm Həsənov birbaşa özü nəzarət edir. Hazırda bu müəssisələrin gəliri komitənin “katyoluna” ödənilir. Bundan başqa Fərhad Əliyevin respublikanın müxtəlif yerlərində, Bakı şəhərində yaxınlarının adına özəlləşdirdiyi qeyri-yaşayış sahələri əlindən alındı. Onların bir hissəsini Kərəm Həsənov öz yaxınlarının adına keçirdi. Fərhad Əliyev tərəfindən açılan, onun yaxınlarının nəzarət etdiyi bəzi müəssisələrin fəaliyyəti isə dayandırıldı. Məsələn, F.Əliyevin açdığı Gəncə Xalça Kombinatının yaxınlığında 100-dən çox ailənin yeganə iş yeri sayılan, Almaniya istehsalı olan 9 ədəd xalça toxuyan dəzgahla işləyən müəssisənin faəliyyəti dayandırıldı. Əmlakının mülkiyyət sənədləri isə ləğv edildi.
K.Həsənov həmyerlisi, ona karyerada qalxmağa kömək etmiş F.Əliyevdən fərqli olaraq, Bakı şəhərinin mərkəzindən uzaq, şəhər ətrafında yerləşən, gözə çarpmayan müəssisə və obyektləri ələ keçirməyə daha çox üstünlük verir. Ona birbaşa və dolayısı ilə məxsus olan torpaq və qeyri yaşayış sahələrinin mediada dərc olunan tam olmayan siyahısını cumhuriyyet.az olaraq oxuculara təqdim edirik:
1.Xəzər rayonu Şüvalan qəsəbəsi, A.Ildırım küçəsi 39 ünvanındakı rayon maliyyə şöbəsinin köhnə 2 mərtəbəli binası. Tikilialtı sahəsi 600 kv.m, torpaq sahəsi 1156 kv.m.
2.Xəzər rayonu Şüvalan qəsəbəsi, Şimal DRES-in uşaq bağçası. Tikilialtı sahə 800 kv.m, torpaq sahəsi 3000 kv.m.
3.Suraxanı rayonu Hövsan qəsəbəsi, Yardımçı təsərrüfat. Tikilialtı sahə 1300 kv.m, torpaq sahəsi 47000 kv.m.
4.Xəzər rayonu Mərdəkan qəsəbəsi, Dəniz yolu. Məmmədov Umudəli Ramazan oğlunun adına rəsmiləşdirilib .Tikilialtı sahə 220 kv.m, torpaq sahəsi 8400 kv.m.
5.Suraxanı rayonu Əmircan qəsəbəsi, E.Həsənov küçəsi 42 ünvandakı qeyri-yaşayış sahəsi. Tikilialtı sahə 150 kv.m, torpaq sahəsi 1300 kv.m. Binnətov Zəbullanın adına rəsmiləşdirilib.
6.Xəzər rayonu Şüvalan qəsəbəsinin cənub?şərq hissəsində Maşınqayırma Pansionatının yarımçıq tikilisi. Tikilialtı sahə 600 kv.m, torpaq sahəsi 127022 kv.m. Rəsmiləşdirilib Davudov Yusif Abdulhəmid oğlunun adına.
7.Xəzər rayonu Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olan qeyri ?yaşayış sahəsi. Tikilialtı sahə 120 kv.m, torpaq sahəsi 9000 kv.m. Bayramova Xalidə Nuru qızının adına rəsmiləşdirilib.
8.Sabunçu rayonu Sabunçu qəsəbəsi, I.Aslanov küçəsi, 3 ünvanda qeyri-yaşayış sahəsi. Tikilialtı sahə 1200 kv.m, torpaq sahəsi 23500 kv.m. Mustafayev Azad Niyazi oğlunun adına rəsmiləşdirilib.
9.Xəzər rayonu Gürqan qəsəbəsi, Dənizkənarı tikili. Tikilialtı sahə 550 kv.m, torpaq sahəsi 50000 kv.m.
10.Xəzər rayonu Şüvalan qəsəbəsi, A.Ildırım küçəsi “Aqro” kooperativinin və Su doldurma məntəqəsinin yanında. Tikilialtı sahə 2000 kv.m, torpaq sahəsi 58000 kv.m.
11.Xəzər rayonu Buzovna yolu, Mərdəkandan Buzovnaya gedəndə sol tərəfdə SMD-26-nın əmlakı və torpaq sahəsi.
12.Vişnevka dəmir yolunun yanı, Yardımçı təsərrüfat, idman sağlamlıq mərkəzi.
13.Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Sülh küçəsi 1 a keçmiş Keyfiyyət Evi. Tikilialtı 960 kv.m, torpaq sahəsi 3000 kv.m. Ismayılov Ramazan Islam oğlunun adına rəsmiləşdirilib.
14.Xəzər rayonu Şüvalan qəsəbəsi, bağlara gedən təzə yolun üstündə. Tikilialtı sahə və torpaq sahəsi 5000 kv.m. Donuzçuluq və heyvandarlıq yardımçı təsərrüfatı.
15.Xətai Mexanizasiya ASC-nin nəzarət səhm zərfi.
16.Bəhrəmtəpə Qum-Çınqıl ASC-nin nəzarət səhm zərfi.
17.Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən Bakı şəhər yol polisinin keçmiş ərazisi.
18.H.Zərdabi küçəsində Ticarət Nazirliyinin keçmiş qaracının yerində hündür mərtəbəli binaya şərikliyi (Papanin körpüsünün yanı.)
19.H.Ələskərov küçəsi 6-12 ünvanında hündür mərtəbəli binaya şərikliyi.
20.Nizami rayonu 8-ci km bazarı.
21.Kənar şəxslərin adına rəsmiləşdirilən Nərimanov və Səbail rayonundakı villa və mənzillər. H.Hacıyev küçəsindəki 2 mənzili, Qubada, Şamaxıda, Qəbələdəki villaları, Bigəhdəki bağ evi və s.
Gözlənilən sonluq
Əlbəttə, Kərəm Həsənov dövlət məmuru yox, iş adamı olsaydı, bu biznes şəbəkəsini yalnız alqışlamaq olardı. Amma indiki halda söhbət dövlətdən oğurlanan pullar və korrupsiya hesabına qurulan biznesdən gedir. Malik Həsənov da qardaşına söykənərək mandatını saxlayıb. Eldar Mahmudov kimi dayağını itirdikdən sonra yeganə dəstəyi Kərəm Həsənovdur. Komitə rəhbəri isə gedəcəyi halda Malik Həsənov üçün bu, sonuncu parlament fəaliyyəti olacaq.Üstəlik, MTN işindən sonra nüfuzunu və etimadını itirmiş Həsənovların 3 milyardlıq korrupsiya qalmaqalında da adının hallanması qardaşlar üçün son ola bilər. Xatırladaq ki, bundan qabaq özəlləşdirmə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunun tətbiq edilməsi barədə 10 avqust 2000-ci il tarixli fərmanla, müvafiq icra hakimiyyəti – əvvəlcə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, sonra isə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilirdi. İndi bu səlahiyyət ondan alınıb. Kərəm Həsənov prezidentin etimadını çoxdan itirib. Komitə rəhbərinə verilən möhlət də məhz Ziya Məmmədov kimi bitirilməsinə hesablanıb. Ölkədə gedən sosial və struktur islahatları çərçivəsində reyestr xidməti sahəsinin ASAN Xidmətə verilməsi və komitənin ləğvi nəzərdə tutulur. Heç şübhəsiz ki, belə bir qərarın verilməsi Kərəm Həsənovun gələcək taleyini sual altında buraxır. Komitə sədrinin səlahiyyətsiz bir kreslo sahibinə çevrilməsi prosesinin başlanğıcı qoyulub. Bu, bir növ nəqliyyat naziri Ziya Məmmədovla bağlı gedən prosesi xatırladır. Onun da portfelsiz nazirə çevrilməsinə nəqliyyat sahəsində həyata keçirilən layihələrlə bağlı qərar vermək səlahiyyətlərinin əlindən alınması ilə başlanmışdı. Mahmudovun, həmçinin, Kərəm Həsənovun iri zavodları, səhmdar cəmiyyətləri zor gücünə ələ keçirməsinə yardım etdiyinə, etiraz edənləri MTN-nin zirzəmisində işgəncə ilə yola gətirdiyinə dair iddialar var.
Bundan başqa, K.Həsənovun MTN-ə həbslər sifariş etdiyi, E.Mahmudovun vasitəsilə rəqiblərini və düşmənlərini sıradan çıxarmağa çalışdığı barədə də təsdiqini tapmış faktlar var.
Habelə, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin “vurulmasında” iştirakı, onun karyer yüksəlişinə səbəb olan həmyerlisi əleyhinə istintaqa ifadə verməsi, keçmiş nazirin yenidən biznesə qayıtmasına “yaşıl işıq” yandırılması K.Həsənova yaxşı perspektiv vəd etmir. Siyasi iqtidarda həmyerlisi əleyhinə istintaqa ifadə vermiş, MTN-lə əlbir olmuş məmura heç də birmənalı münasibət göstərilmir. Beləliklə, Həsənovların başı təzədən cəncəldədir və 3 milyardlıq korrupsiya işi qardaşların prezident önündə növbəti sınağıdır…
Çingiz Coşqun, Cumhuriyyet.az