>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Goranboy icra başçısının saxta diplomlu təhsil şefinin porno fotosu yayıldı – SƏXAVƏT MƏMMƏDOV İFŞA OLUNDU+FOTOLAR

Goranboy icra başçısının saxta diplomlu təhsil şefinin porno fotosu yayıldı – SƏXAVƏT MƏMMƏDOV İFŞA OLUNDU+FOTOLAR
Son bir neçə ayda bütün sahələrdə özbaşınalıqların baş alıb getdiyi Goranboy rayonundan daha bir şikayət 7NEWS.az redaksiyasına daxil olub. Budəfəki şikayət Goranboy rayon təhsil şöbəsinin müdiri Səxavət Mamedov haqqındadır.

Məlumatda qeyd olunur ki, Səxavət Məmmədov birbaşa Goranboy icra başçısı Nizaməddin Quliyevin kadrıdır. Təhsil müdiri vəzifəsinə gəlməmişdən öncə Səxavət Məmmədovun icra başçısına külli miqdarda "şirinlik” verdiyi iddia olunur. Məsələ burasındadır ki, S.Məmmədovun bu posta gətirilməsi qanun nöqteyi-nəzərdən demək olar ki, mümkün deyildi. Saxta diplomunu bir neçə dəfə təhsil nazirliyinə təqdim etsə də təsdiqlədə bilməyib. Sonda rüşvətlə diplom problemini həll edən S.Məmmədov rayon təhsil şöbəsini ələ keçirə bilib. Olanlar isə bundan sonra olur.

Goranboyda yüzlərlə saxta diplomlu müəllim, saxta işçilər, pul silmələri,rüşvət və özbaşınalıq tüğyan edirş.

Şikayətdə deyilir: "Onun diplomunun saxta olmasına dair ciddi iddialar var. Gürcüstanda təhsil gürcü və ingilis dillərində aparılır. Bu adam da nə ingilis dilini bilir, nə də gürcü dilini. Səxavət Məmmədovun Gürcüstanda necə təhsil alması Azərbaycan dövləti tərəfindən araşdırılmalıdır. Müəllim işləməzdən öncə taksi sürücüsü olub. Qəza törədib və iki nəfərin həyatına son qoyub. Qaradağ rayonunda işləyəndə polis mayorunun həyatına son qoydu. Sonra Goranboyda taksi fəaliyyətilə məşğul oldu. Gedib Gürcüstanda təhsil alıb gəldi, məktəbdə işə düzəldi. Direktor müavini və direktor oldu. Ardınca təhsil şöbəsinə müdir təyin edildi. Qaradağda mişar daşı karyerinin müdiri bunun dayısıdır. Qaradağda qəza törədəndən sonra dayısı onu Bakıya qoymur. 2014-cü ildə məktəb direktoru vəzifəsindən uzaqlaşdırılan şəxsləri pul alıb yenidən direktor təyin edir. Yüngül həyat tərzi keçirir. Onun tez-tez eyş-işrət məclislərində iştirakına dair fotolar, məlumatlar var".

Məsələnin detalları isə belə olub. Məmmədovun bir vaxtlar rayonda Qaraçinar kənd məktəbinin direktoru, sonra icra hakimiyyətində şöbə müdiri işləməsi və onun təhsil şöbəsinə müdiri keçməyi də qalmaqallı olub. Yazılanlara görə, direktor işləyərkən İH-də çalışan diğər şöbə müdiri Sayad Quliyevlə dostlaşıb. S. Quliyev ona 200 min qarşılığında təhsil şöbəsinə müdir keçməyə kömək edəcəyinə söz verib. Sövdələşmə baş tutduqdan sonra icra hakimiyyətindən Təhsil Nazirliyinə təqdimat yazılır. Lakin Mikayıl Cabbarov təsdiqləmir. İki dost arasında 200 minə görə qalmaqal düşür. S. Quliyev məktəb direktorlarına hədə gələrək hərəsindən 5 min alaraq pulu qaytarır. Sonradan hansı yollasa Səxavət Məmmədov Goranboy TŞ-nə təyinat alır nəhayət . Və bununla rayondakı məktəb direktorları yeni problemlə üzləşir. 10 ildən artıq işləyənlərin hamısı total şəkildə yoxlanılır. Özü kimi saxta diplomla işləyən direktorların hamısı vəzifədə qalmaq üçün müdirə haqq verməli olur. Hazırda rayonda fəaliyyət göstərən orta məktəblərdə şagirdlərə normal təhsil verilmir. Bu barədə ötən il sonxeber.az saytı yazıb.

Aşağı sinif şagirdlərinin dərsə davamiyyəti qənaətbəxş olsa da, yuxarı sinifdə oxuyanlar üçün bunu demək çətindir. 9, 10 və 11-ci sinif şagirdləri dərsə intizamsız gəlirlər. Onların bir hissəsi repetitor yanında ali məktəblərə hazırlaşırlar. Müəllimlərin bir çoxu bundan istifadə edib tədris prosesinə soyuq münasibət göstərir. Rayonda təhsilin inkişafdan qalmasının digər səbəbi məktəblərdə yersiz yığımlardır.
Teref.info olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.info