>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Yasamal qəbristanlığında rus qəbirləri hara yoxa çıxır - Qəbristanlıq mafiyasının qara əməlləri 2-ci yazı

Əvvəli bu linkdə:http://teref.info/karusel/62770-klklklklk.html
Antonina nənə deyir ki, ərini ziyarətə gəlir. Onun dediyinə görə axırıncı yeddi-səkkiz ilə qədər burda müsəlman qəbirlərinə adda-budda rast gəlmək olardı. O da boş yerlərdə. İndi isə burda kimsəsiz qəbirləri aşkar edib, onları pullu adamlara satırlar. Hətta qəbristanlıq rəhbərlərinin burda ortada fırlanan maklerləri və “ qəbristanlıq siçanları ” adlanan kəşfiyyatçıları belə var. Bu kəşfiyyatçılar kimsəsiz qəbirləri aşkar edir və siyahıya alırlar. Maklerlər isə onları ölü sahiblərinə satırlar. Antonina nənə deyir: Baxın, bizim Yasamal qəbristanlığında yer yoxdur, amma hər gün rus qəbirləri olan hissədə təzə- təzə məzarlar peyda olur. Burda ancaq ruslar basdırılırdı, bəs bu yol boyu düzülən kapitalist “ikonastas” ( yəni dalbadal sıralanan mərmərdən baş daşıları) hardan peyda oldu? Diqqət edin, rus qəbirlərinin lap içində, sadə dəmir xaçların əhatəsində mərmərdən qəbirlər peyda olub. Bunlardan əvvəl isə o yerlərdə qonşularımın məzarları idi. Onların uşaqları Rusiyaya gediblər, beş ildə bir gəlirlər. Amma gələndə valideynlərinin qəbirlərini tapmayacaqlar. Çünki, eşitdiyimə görə onların qəbir yerlərini bir “kapitalist” on beş min dollara satın alıb. Biz az qabağa gedin, orda hazır, hasarlanmış hazır qəbir yerləri görəcəksiniz. Kimindir onlar? Axı orda əvvəlllər qəbirlər olub. Kim onlara icazə verib ki, o məzarları dağıtsınlar? Mərhumların ruhunu narahat etsinlər. Hələ axırıncı dəfə buraları yandırmışdılar. Adını da qoydular ki, guya ot yandırıblar. Bu ağ yalandır. O “siçanlar” yandırmışdı ki, sonra dağıtdıqları qəbirlər gözə dəyməsin.
Yasamal qəbristanlığında rus qəbirləri hara yoxa çıxır - Qəbristanlıq mafiyasının qara əməlləri 2-ci yazı
Yasamal qəbristanlığında rus qəbirləri hara yoxa çıxır - Qəbristanlıq mafiyasının qara əməlləri 2-ci yazı
Yasamal qəbristanlığında rus qəbirləri hara yoxa çıxır - Qəbristanlıq mafiyasının qara əməlləri 2-ci yazı
Yerləri zəbt edilərkən çıxardılıb bir qırağa atılmış müharibə veteranlarının qəbirüstü abidələri.
Biz Antonina Vasilyevnadan ayrılıb qəbristanlığı gəzməyə başladıq. Bizim dağıdılmış rus qəbirlərini çəkdiyimizi görən qəbristanlıq işçiləri və mollalar aradan çıxırdılar. Şəkilləri çəkib, qəbristanlığı tərk etdik. Hasarın dibi ilə aşağı düşərkən rastmıza çıxan bir mollanı ( burada xidmət göstərir ) söhbətə tutduq. ( Amma kimliyimizi ona bildirmədik ) Mollanın dediyinə görə həqiqətən qəbristanlıqda boş yer yoxdur. Müsəlman qəbirləri olan tərəfdə isə heç qəbir yeri axtarmağa dəyməz. Orda bütün boş yerlər əvvəldən tutulub, hasarlanıb. Lakin Vidadi müəllimə yaxınlaşsaq, o bizə rus qəbirsanlığında yer düzəldə bilıər. Vidadi müəllimin kimliyi ilə maraqlandıqda “ O, Yasamal qəbristanlığnın müdiridir və buranın mütləqi hakimidir. O nə desə o olacaq!“ deyə bildirdi. Hətta molla gördüklərimizi təsdiq edən bir məlumatı da bizə verdi. O dedi ki, hasara alınmış hazır qəbir yerləri belə var. Bir, iki, üç nəfərlik. Vidadi müəllim ilə razılaşsaq, götürə bilərik. Onun dediklərindən başa düşdük ki, Vidadi müəllim burda ölülərin və dirilərin hakimidir.Bunu deyərkən. barmaqlarını bir-birinə sürtdü. Bütün bunlardan sonra redaksiyaya qayıdıb, Yasamal qəbristanlığı haqda və qəbir biznesi ilə kimlərin məşğul olduğu barədə axtarış etdik. Mediada çap olunan və rəsmi surətdə təkzib olunmayan bəzi məlumatlarla sizləri tanış edirik: “Qeyd edək ki, bütün bu “qara” biznesin qəbirlərə aid olan hissəsinin arxasında uzun illərdir ki, bu sahəyə rəhbərlik edən Vətəndaş Xidməti Trestinin müdiri vəzifəsində çalışan Cavanşir Tağıyev adlı şəxs dayanır. Hazırda Cavanşir Tağıyevin “biznesi” bütün Abşeron yarımadası üzrə öz intibah dövrünü yaşamaqdadır. Çünki, mərkəzdəki qəbristanlıqlarda yerlər dolduğundan indi ölüsünü basdırmaq istəyənlər paytaxtdan kənara üz tutmaq məcburiyyətində qalıblar. Mərkəz ərazilərlə müqayisədə şəhər kənarında qəbir yerləri nisbətən ucuzdur. Məsələn, şəhərdə qəbir yerləri iki yüz manatdan səkkiz min manatadək satılsa da, paytaxtdan bir qədər kənarda, məs: Biləcəri qəbiristanlığında bir qəbir yerinin qiyməti dörd yüz-beş yüz manat arasında dəyişir. Ən yaxşı qəbir yeri səkkiz yüz, min manatdan ucuz deyil. Badamdar qəbristanlığında səkkiz yüz, min manat, Günəşli qəbristanlığında bu məbləğ altı yüz, min beş yüz manat, Qaraçuxur qəbristanlığında iki yüz, min manat, “Qurd qapısı” qəbristanlığında iki min, üç min manat civarında satılır. Ən ucuz yer Hövsandadır. Burada yüz əlli, üç yüz manata da yer almaq mümkündür. Xırdalan qəbristanlığında isə səkkiz yüz, min beş yüz manata məzar yerləri var. Bir çoxları ailə üzvlərini nəzərə alaraq, bütöv bir ailə üçün əvvəlcədən qəbir yerlərini almışdır. Bu səbəbdən də məzarlıqlarda torpaq sahəsi azaldığından bundan istifadə edən işbazlar qiyməti artırıblar. Elə götürək Bakının Yasamal rayonu ərazisində yerləşən qəbristanlığı, həmin ərazidə də torpaqlar baha qiymətə satılır. Belə ki, Yasamal qəbristanlığı kimi tanınan bu məzarlıqda əvvəlcədən lazımi adamlarla danışıb bazarlaşsan, qəbir yeri üçün torpağın 1 sotunun qiyməti beş min, yeddi min manat arasında dəyişir. Belə yerlər də qəbristanlığın “ucqarlarında”, hələ “insan ayağı” dəyməyən sahələrdir. Qabaqcadan danışmaqla ucqarlardan bu qiymətə yer tapmaq olur. Onu da deyək ki, Yasamal qəbristanlığında boş yer çox azdır. Vaxtilə imkanı olanlar bu əraziləri hasarlatdıraraq, “özəlləşdiriblər”. Burada cəsədini gözləyən qəbir yerləri hələ ki çoxdur. Musavat com. “
Bu Musavat qəzetinin bir necə il əvvəl yazdığı yazıdan sitatdır, görün indi qiymətlər hara qalxıb.Elə qiymətlərin belə yüksək olmasının səbəbindən burada ən bahalı qəbirləri və qəbirüstü başdaşlarını, abidələri görə bilərsiniz.
Hər halda bu "qara biznes" -i idarə edənlər bunu daha yaxşı bilərlər!
Araşdırmamış davam edir, bizi izləyin...
ardı var
Bu mərmərdən və qranitdən ucaldılmış "möhtəşəm" qəbürüstü abidələr qalereyası... Diqqətlə baxsanız görərsiniz ki, hamısı xristian qəbirsanlığının ərazisindədir, bəziləri yol qırağında, bəziləri isə içərilərdə xaçlı qəbirlərlə əhatə olunub.
Onu da bildirmək istəyirik ki, yazı yazılan zaman suallarımızı cavablandıran heç bir məsul şəxs tapa biləmdəik!
Adları çkilən şəxslər və qurumların mövqelərini işıqlandırmağa hazırıq!
Teref.info