>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

İmişlidə şəhid adına küçə bərbad vəziyyətdədir - Ayrılan pullar hara gedib? ŞİKAYƏT

İmişlidə şəhid adına küçə bərbad vəziyyətdədir - Ayrılan pullar hara gedib? ŞİKAYƏT
Teref.info-nun poçtuna bir qrup İmişli sakinindən daxil olanb şikayət m\ktubu ilə sizlə\ri tanış edirik:
İmişli şəhəri Natavan, R.Cabbarlı küçələrində və ətraf ərazidə yaşayan bir qrup sakinlərin kollektiv müraciəti

İmişli şəhəri R.Cabbarlı küçəsinin qurtaracağında,“köhnə aeroport” adlanan ərazinin yaxınlığında son dövrlər yeni fərdi yaşayış evlərinin tikintisi kütləvi hal almış, hazırda həmin ərazidə demək olar ki, böyük yaşayış massivi salınmışdır. Lakin yollarımız və küçələrimiz tamamilə yararsız vəziyyətdədir, yağışlar zamanı gediş gəliş tamamilə məhdudlaşır, xüsusilə məktəblilərin yolla hərəkəti çətinləşir, çala çuxurlardan maşınla hərəkət etmək mümkün olmur.Təxminən min metr olan və torpaqlarıızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş Cabbarlı Rəşad Tahir oğlunun adını daşıyan küçədə hərəkət etmək mümkün deyil. Həmçinin Natavan küçəsinin qurtaracağında yolun birbaşa mühafizə zolağında elektrik transformatoru quraşdırılmışdır ki, yol tamamilə məhdudlaşdırılmışdır. Bundan istifadə edən həmin ərazidə sakinlərin bəziləri həyatyanı sahələrini genişləndirərək yolun bir hissəsini zəbt etmişdir ki, bu da yolun xeyli hissəsinin bir tərəfli olmasına səbəb olmuşdur. Ümumiyyətlə Natavan küçəsi və həmin küçəyə bitişik digər küçələr uzun illərdir baxımsızlıqdan tamamilə yararsız vəziyyətdədir, ərazidə yerləşən 8 saylı məktəbin kənarında zibillik həftələrlə təmizlənmir, bəzən zibil tullantıları çoxalıb yolun bir hissəsini tutur.
Sizdən xahiş edirik qeyd olunan küçələrin təmir olunmasına, zibil tullantılarının vaxtında yığılmasına, yolları məhdudlaşdıran maneəlarin aradan qaldırılmasına, transformatorun yerinin dəyişdirilib daha münasib əraziyə keçirilməsinə müvafiq köməklik göstərəsiniz. Inanır və ümid edirik ki, müraciətdə qeyd olunan məsələlər qısa müddətdə müsbət həllin tapacaq, şəhid adını daşıyan küçədə təmir-bərpa işləri görüləcək, yuxarı instansiyalara fakt və görüntülərlə müraciət etmək etiyacı qalmayacaqdır.

R.Cabbarlı küçəsinin sakinləri adından
Hüseynov Rəşad Səftər oğlu
Rzayev Elxan Nəriman oğlu
Kərimov Namiq Rəhim oğlu
Məmmədova Aidə Xalıq qızı
Həmidov Malik Əliqulu oğlu
Babayev Asif Babakişi oğlu
Səfərov Cəbrayıl Əli oğlu
Əmirov Balabəy Fazil oğlu
Əzizov Əziz Səhliyalı oğlu
Baxışov Xalid Zahid oğlu
Məmmədov Məmməd Əslan oğlu
Əlizadə Rəsul Allahyar oğlu
Əliyev Əlikram Köçüb oğlu
Əsədov Əliş Məhəmməd oğlu
Vəliyev Elşən Süleyman oğlu
İsmayılov Ruslan Saleh oğlu
Nəbiyev Kənan Kazım oğlu
Qarayev Elnur Hacıbala oğlu
Gülməmmədov Nicat Yasin oğlu
Mirzəyev Cəsarət Qurbanəli oğlu
Baxışov Ziya Vidadi oğlu
Nəzərov Niyazi Nəcəfxan oğlu
Teref.info olaraq qarşı tərəfin fikirlərini işıqlandırmağa hazıərıq!
Teref.info