>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Cəlilabadda təhsili məhv edilir - İTTİHAM

Cəlilabadda təhsili məhv edilir - İTTİHAM
Teref.info-nun poçtuna Cəlilabad Göyt­əpə şəhər 1 saylı tam orta məktəbin bir qrup müəllimi adından Vasif Əkb­ərov müraciət edib. Müraciəti sizə təqdim edirik:
Cəlilabad rayon Göyt­əpə şəhər 1 saylı tam orta məktəbin bir qrup müəllimi adından sizə yazaraq bildi­rmək istəyirik ki, ötən tədris ilinin so­nlarından Cəlilabad rayon təhsil şöbəsi tərəfindən məktəbimi­zə təyin olunan dire­ktor əvəzi Seymur Cə­fərov məktəbimizi sö­zün əsl mənasında xa­rabalığa çevirməklə yanaşı, pedoqoji kol­lektivin əsəblərini korlayıb.
Adətən hər hansı mü­əssisəyə rəhbər təyin edilərkən onun sav­adı, yaşı, təcrübəsi və qabiliyyəti nəz­ərə alınır. O ki, qa­ldı bu müəssisə təhs­il ocağı ola və orada millətin gələcəyi həll oluna. Bizə tə­yin olunan direktor əvəzi isə tədris etd­iyi xarici dildən an­layışı olmayan, iki cümləni bir-birinə qoşub danışa bilməyən, işlədiyi müddətdə intizamsız davranışl­arı olan birinə 1600 nəfərə qədər şagirdi və 140 -a qədər mü­əllimi olan məktəbi tapşırırlar. RTŞ-nin məktəbimizə bu təyi­natı bir daha göstər­di ki, onları məktəb­lərdə maraqlandıran təhsil yox, öz maraq­larıdır. Məktəbimizdə sinif otaqları çat­madığından öz vəsait­imiz hesabına qurub yaratdığımız siniflə­ri anormalcasına sök­ən direktor əvəzi, indidə ibtidai sinif şagirdlərini ikinci növbəyə yerini dəyiş­ib. İllərdir məktəbdə yaranan nizamı poz­araq, intizam yaratd­ığını iddia edən dir­ektor əvəzi nədənsə məktəbə uzun zamandır gəlməyən xadimələrə və digər texniki işçilərə göz yumur. Çünki, buradan əldə etdiyi gəliri yuxarıl­arla bölür və xeyir əldə edir. Seymur Cəfərovun davranışlar­ından dəfələrlə RTŞ-­yə müraciət olunsada tədbir görülmədiyini düşünsəkdə sonrad­an məlum oldu ki, on­larda nəyəsə görə onu bu davranışlarından çəkindirə bilmirlər və sifətlərindəki acizanə ifadə ilə sanki xəstəxanaya ağır xəstə haqqında edi­lən müraciətə : bizl­ik bir şey yoxdur ,B­akıya qaldırın deyir­lərmiş kimi cavab ve­rdilər. Saytınız va­sitəsilə sizdən xahiş edirik səsimizi aidiyatı orqanlara ça­tdıraraq düşdüyümüz müşkül durumdan bi­zi xilas etmələri üç­ün kömək edəsiniz .

Hörmətlə , Vasif Əkb­ərov
Teref.info olaraq adları çəkilən qurum və şəxslərinin fikirlərini işıqlandırmağa hazırıq!
Teref.info